Bu gün Topaz Premyer Liqasında XXXI tura yekun vurulub. Fanat.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk oyununda "Sumqayıt" "Kəpəz"i qəbul edib. Hər iki komanda son 3 turda qələbəyə həsrət qalmışdı. Gəncə klubu mükafatçılar arasına düşmək üçün bu gün qələbə qazanmalı idi və bunu bacarıb. Hesabı 22-ci dəqiqədə meydan sahiblərindən Murad Ağayev açıb. İlk yarının sonunda Pərdis Fərcad-Azadın avtoqolu "Kəpəz"i sevindirib. Gəncə klubu 59-60-cı dəqiqələrdə iki qol vurub. Əvvəlcə Juninyo, ardınca Julien Ebah fərqlənib. 73-cü dəqiqədə Amil Yunanov fərqi minimuma endirsə də, "Sumqayıt" "Kəpəz"in 3:2 hesablı qələbəsinə mane ola bilməyib.
Tura "Rəvan" - AZAL matçı ilə yekun vurulub. "Zirə" və "İnter"in avrokuboklara buraxılmaması səbəbindən Avropa Liqasına qatılmaq şansı yaranan AZAL autsayderlə oyunda qələbə qazanmağa məcbur olsa da, bunu bacarmayıb. Tərlan Əhmədovun yetirmələri səfər matçında 0:1 hesabı ilə yenilib. Matçın yeganə qoluna 14-cü dəqiqədə Yasin Həmid imza atıb.
Qeyd edək ki, turun ilk 3 oyununda "Qarabağ" "İnter"i 2:0, "Qəbələ" "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə yenib, "Neftçi" - "Zirə" matçı heç-heçə yekunlaşıb - 0:0.
Premyer Liqa
2015/16 mövsümü
IV dövrə, XXXI tur
24 aprel
Sumqayıt - Kəpəz 2:3
Qollar: Murad Ağayev, 22. Amil Yunanov, 73 - Pərdis Fərcad-Azad, 45+1 (avtoqol). Juninyo, 59. Julien Ebah, 60.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad-Azad (29. Amil Yunanov, 57), 8. Nicat Muxtarov, 13. Murad Ağayev (25. Ayaz Mehdiyev, 87), 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə (55. Ağabala Ramazanov, 62), 70. Vaqif Cavadov, 97. Xəyal Nəcəfov, 99. Rasim Ramaldanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 27. İsmayıl Babayev.
Baş məşqçi: Samir Abbasov.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 7. Juninyo (15. Azad Kərimov, 85), 8. Budaq Nəsirov (6. Ceyhun Cavadov, 90+2), 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 27. Bəxtiyar Soltanov, 80. Tural Rzayev (19. Orxan Əliyev, 70), 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 4. Elvin Cəbrayılov, 21. Xəzər Qəribov, 23. Tural Nərimanov.
Baş məşqçi: Şahin Diniyev.
Sarı vərəqələr: Pərdis Fərcad-Azad, 32 (qeyri-idman hərəkəti) - Şəhriyar Rəhimov, 27 (qeyri-idman hərəkəti)- Kərim Diniyev, 29 (qeyri-idman hərəkəti). Tural Axundov, 76 (qeyri-idman hərəkəti).
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”. 1400 tamaşaçı.
Rəvan - AZAL 1:0
Qol: Yasin Həmid, 14.
Rəvan: 1. Rəşad Əzizli, 2. Ruslan Tağızadə, 4. Kənan Müslümov, 8. Məmməd Quliyev (99. Əziz Hüseynov, 68), 9. Nuran Qurbanov (5. Mirkamil Haşımlı, 83), 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k), 19. Hüseyn Axundov, 21. Novruz Məmmədov, 86. Yasin Həmid (11. Elnur Abdulov, 80), 92. Yamin Ağakərimzadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 38. Zeki Sinan Akkoyun, 77. Nurxan Mənsimzadə, 98. Ülvi Kələşov.
Baş məşqçi: Bəhmən Həsənov.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, 9. Aydın Qasımov (19. Məhəmməd Bədəlbəyli, 63), 10. Nuqzar Kvirtiya, 11. Ruslan Nəsirli, 14. İlqar Ələkbərov (22. Kamal Mirzəyev, 34//77. Adan Koronado, 46), 23. Hacı Əhmədov, 27. Aleksandr Quruli, 42. Elşad Manafov.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 5. Kamil Hüseynov, 63. Seyidrəzi Ağayev, 88. Mirzağa Hüseynpur.
Baş məşqçi: Tərlan Əhmədov.
Sarı vərəqələr: Hüseyn Axundov, 55 (qeyri-idman hərəkəti). Nuran Qurbanov, 80 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Bayıl Arena”. 300 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 31 | 22 | 6 | 3 | 57-19 | 72 |
2 | Zirə | 31 | 17 | 9 | 5 | 39-22 | 60 |
3 | İnter | 31 | 13 | 10 | 8 | 28-21 | 49 |
4 | Kəpəz | 31 | 13 | 10 | 8 | 39-33 | 49 |
5 | Qəbələ | 31 | 13 | 10 | 8 | 36-24 | 49 |
6 | AZAL | 31 | 12 | 6 | 13 | 23-29 | 42 |
7 | Neftçi | 31 | 10 | 9 | 12 | 29-33 | 39 |
8 | Sumqayıt | 31 | 6 | 11 | 14 | 32-43 | 29 |
9 | Xəzər Lənkəran | 31 | 3 | 5 | 23 | 12-41 | 14 |
10 | Rəvan | 31 | 4 | 8 | 19 | 20-50 | 14 |
Bombardirlər | Nelson Bonilla (Zirə) - 14. Dani Kintana (Qarabağ) - 11. Ruslan Qurbanov (Neftçi) - 10. Riçard Almeyda (Qarabağ) - 9. |
Qeyd: | FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib. |
Fanat.az