“Hesabda geri düşdükdən sonra geri dönüş etmək çətindi. Amma biz bunu bacardıq”. Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.
Topaz Premyer Liqasının XXXI turunda səfərdə “Sumqayıt”a qalib gələn gəncəlilərin çalışdırıcısı matçdan sonra fikirlərini bölüşüb: “Avrokuboklara getmək üçün yaxşı şansımız var. Biz mövsümü medalla başa vurmaq istəyirik. Bu, bizim üçün tarix olacaq. 75 dəqiqə yaxşı oyun göstərdik. Qələbə haqqımız idi. Komandamız güclənməlidi". (komanda.az)
Fanat.az