Topaz Premyer Liqasının debütantı “Zirə” ardıcıl 4-cü quru oyununu keçirib. Fanat.az xəbər verir ki, “Sumqayıt” (1:0), “Rəvan” (4:0) və “Xəzər Lənkəran” (1:0) üzərində qələbələrin ardından paytaxt klubu “Neftçi” ilə qolsuz heç-heçə edib.
İlk mövsümdü Premyer Liqada çıxış edən zirəlilər 31 turda özünün ən uzun quru seriyasına imza atıb. Komandanın qapıçısı Anar Nəzirov artıq 372 dəqiqədir qapısında qol görmür. O, sonuncu dəfə XXVII turun “Kəpəz”lə qarşılaşmasında qol üzüntüsü yaşayıb. Həmin matçın 78-ci dəqiqəsində komanda yoldaşı Tellur Mütəllimov avtoqol müəllifi olub. (pfl.az)
Fanat.az