Bu gün Topaz Premyer Liqasında XXXII tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Hər iki oyunda avrokubok iddiaçıları autsayderləri qəbul edib. Belə ki, "Kəpəz" "Rəvan"ı, AZAL "Xəzər Lənkəran"ı sınağa çəkib.
Günə saat "Kəpəz" - "Rəvan" matçı ilə start verilib. Ən azı bir günlük 3-cü pilləni ələ keçirmək iddiasında olan gəncəlilər son pillənin sahibini məğlub edib - 3:2. Hesabı 10-cu dəqiqədə Julien Ebah açıb. "Rəvan" buna Ramazan Abbasovun 40-cı dəqiqədə vuruduğu penalti qolu ilə cavab verib. 46-cı dəqiqədə "Kəpəz" Kənan Müslümovün avtoqoluna sevinib. 60-cı dəqiqədə Tural Axundov penaltini dəqiq yerinə yetirərək fərqi 2 topa çatdırıb. 89-cu dəqiqədə isə qonaqlardan Elnur Abdulov matçın son qoluna imza atıb. 89. Beləliklə, "Rəvan" cari mövsümdə "Kəpəz"lə oyunlarda qələbəyə həsrət qalıb. Belə ki, iki oyunda Gəncə təmsilçisi 3 xalı aktivinə yazıb (2:0, 3:1), bir matç "sülh"lə yekunlaşıb (3:1).
Günün ikinci matçında isə AZAL "Xəzər Lənkəran"ı qəbul edib. "Neftçi" ilə xal fərqini qorumaq və 5-ci pilləyə yaxınlaşmaq iddiasında olan "təyyarəçilər" doğma meydanda qələbə qazanıb - 1:0. Matçın yeganə qoluna 54-cü dəqiqədə Nuqzar Kvirtiya imza atıb. Beləliklə, "Xəzər Lənkəran"ın qələbə həsrəti 21 oyuna çatıb. "Ağ-yaşıllar" son 9 oyunda aktivinə xal yaza bilməyib. Komandalar arasında cari mövsümdə keçirilən ilk oyunda "Xəzər Lənkəran" (3:1), sonrakı iki matçda AZAL qələbə qazanıb (1:0, 1:0).
Qeyd edək ki, turun qalan 3 oyunu sabah keçiriləcək.
30 aprel
Kəpəz - Rəvan 3:2
Qollar: Julien Ebah, 10. Kənan Müslümov, 46 (avtoqol). Tural Axundov, 60-pen - Ramazan Abbasov, 40-pen. Elnur Abdulov, 89.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 7. Juninyo, 8. Budaq Nəsirov, 9. Namiq Ələsgərov, 13. Şəhriyar Rəhimov, 15. Azad Kərimov, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 27. Bəxtiyar Soltanov, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 4. Elvin Cəbrayılov, 6. Ceyhun Cavadov, 19. Orxan Əliyev, 21. Xəzər Qəribov, 23. Tural Nərimanov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
Rəvan: 1. Rəşad Əzizli, 2. Ruslan Tağızadə, 4. Kənan Müslümov, 8. Məmməd Quliyev, 11. Elnur Abdulov, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k), 19. Hüseyn Axundov, 21. Novruz Məmmədov, 86. Yasin Həmid, 92. Yamin Ağakərimzadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Saşa Yunisoğlu, 15. Ceyhun Abdullayev, 28. Xanlar Teymurov, 29. Əziz Quliyev, 98. Ülvi Kələşov, 99. Əziz Hüseynov.
Baş məşqçi: Bəhmən Həsənov.
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Vüqar Bayramov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Gəncə şəhər stadionu.
AZAL - Xəzər Lənkəran 1:0
Qol: Nuqzar Kvirtiya, 54.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 5. Kamil Hüseynov, 11. Ruslan Nəsirli, 14. İlqar Ələkbərov, 23. Hacı Əhmədov, 27. Aleksandr Quruli, 77. Adan Koronado, 88. Mirzağa Hüseynpur.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 9. Aydın Qasımov, 4. Qvanzav Maqomedov, 10. Nuqzar Kvirtiya, 17. Elmin Çobanov, 19. Məhəmməd Bədəlbəyli, 63. Seyidrəzi Ağayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Xəzər Lənkəran: 25. Tərlan Qasımzadə, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 10. Tural Qürbətov, 15. Nodar Məmmədov, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə, 99. Mahsun Qəmbərli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 9. Bayram Budaqov, 35. Elfad Baləhmədov, 41. Hüseyn Xəlilzadə, 66. Kənan Həsənov, 86. Xaqani Sadıqov, 88. Kənan Bağırzadə.
Baş məşqçi: Elbrus Məmmədov.
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əli Hüseynov.
"AZAL Arena".