19:50 01.05.2016 892

Bakıda və Qəbələdə 2:2 - "Neftçi"nin Avropa ümidi tükənir

Topaz Premyer Liqasında XXXII tura yekun vurulub. Fanat.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

Günə "İnter" - "Sumqayıt" matçı ilə start verilib. Bu oyun "bankirlər" üçün ilk "üçlük"dən kənarda qalmamaq baxımından önəmli idi. Ötən gün “Kəpəz” qalib gəldiyindən Zaur Svanadzenin komandasını 3 xaldan başqa nəticə qane etmirdi. Buna baxmayaraq, "bankirlər" arzuladıqları nəticəni qazana bilməyib. Hesabı 6-cı dəqiqədə Vaqif Cavadov açıb. 5 dəqiqə sonra Mirsahib Abbasov bərabərliyi təmin edib. 19-cu dəqiqədə Amil Yunanov yenidən "Sumqayıt"ı hesabda önə keçirib. 27-ci dəqiqədə Kamran Ağayev qırmızı vərəqə alaraq "İnter"i azlıqda qoyub. Meydan sahibləri azlıqda qalsaar da, bərabərlik qolunu vura biliblər. Əlavə vaxtda Nika Kvekveskiri fərqlənib. Bundan bir dəqiqə əvvəl isə Cəmil Hacıyev meydandan qovulub.

Bu oyundan yarım saat sonra "Qəbələ" - "Neftçi" oyununa start verilib. Komandalar arasındakı bu dəfəki oyun prinsipiallığı ilə seçilirdi. Çünki onların 4 gün əvvəlki kubok matçı (1:1) qalmaqalla başa çatıb. Tərəflərin  bu dəfə bir-birinə güzəştə getməyəcəyi dəqiq idi. Son 8 gündə 3 dəfə qarşılaşmalı olan rəqiblərin 2-ci duelində hər iki tərəf mütləq qələbəyə oynasa da, qalib gələn olmayıb - 2:2. Hesabı 21-ci dəqiqədə penaltidən Aleksey Qay açıb. 12 dəqiqə sonra Ruslan Qurbanov bərabərliyi təmin edib. 50-ci dəqiqədə Rəşad Sadiqov "Qəbələ"ni ikinci dəfə hesabda önə keçirsə də, 14 dəqiqə sonra "Neftçi" bərabərlik qolunu vurub. "Ağ-qaralar"a bir xal qazandıran qola Elşən Abdullayev imza atıb.
 
Günün və turun son oyununda isə Azərbaycan çempionunun adına aydınlıq gəlib. Zirədə keçirilən matçda “Qarabağ” meydan sahiblərinə 2:0 hesabılı qalib gəlib və ardıcıl 3-cü, ümumilikdə 4-cü çempionluğunu rəsmiləşdirib. Hesabı 28-ci dəqiqədə Dani Kintana açıb. 74-cü dəqiqədə isə Reynaldo Silva fərqlənib.

Bu matç hər "Zirə"nin seriyasının qırılması ilə də əlamətdar olub. Debüt mövsümündəcə öz meydanında məğlubiyyət acısı dadmayan zirəlilər ilk dəfə yeniliö. "Qarabağ" isə qələbə seriyasını 9-a çatdırıb. Üstəlik Qurban Qurbanovun yetirmələri ardıcıl 13-cü oyunda rəqib qapısına yol tapıb.

Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Kəpəz" "Rəvan"ı 3:2, AZAL "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə yenib.

Premyer Liqa
2015/16 mövsümü
IV dövrə, XXXII tur

1 may
İnter - Sumqayıt 2:2
Qollar: Mirsahib Abbasov, 11. Nika Kvekveskiri, 90+3 - Vaqif Cavadov, 6. Amil Yunanov, 19.
İnter: 1. Kamran Ağayev, 3. Denis Silva, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 12. Ruslan Əmircanov, 7. Nika Kvekveskiri, 19. Mirhüseyn Seyidov, 23. Sezar Meza Kolli, 11. Rauf Əliyev, 77. Mirsahib Abbasov.
Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 2. Sertan Taşkın, 9. Qara Qarayev, 17. Vüqar Nadirov, 20. Yuri Fomenko, 6. Laşa Salukvadze, 33. Aqşin.
Baş məşqçi: Zaur Svanadze.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə, 27. İsmayıl Babayev, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 9. Əli Əlimərdanlı, 23. İlqar Hüseynov, 25. Ayaz Mehdiyev, 18. Aleksandr Çertoqanov, 95. Samir İbrahimov.
Baş məşqçi: Samir Abbasov.
Qırmızı vərəqəlar: Kamran Ağayev, 27 - Cəmil Hacıyev, 90+2.
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
“İnter Arena”.

Qəbələ - Neftçi 2:2
Qollar: Aleksey Qay, 21-pen. Rəşad Sadiqov, 50 - Ruslan Qurbanov, 33. Elşən Abdullayev, 64.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 5. Pavel Paşayev, 6. Rəşad Sadiqov (k), 8. Məhəmməd Mirzəbəyov, 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 25. Qismət Alıyev, 32. Rəşad Eyubov, 44. Rafael Santos, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 7. Ermin Zets, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 34. Urfan Abbasov, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.
Neftçi: 1. Aqil Məmmədov (k), 3. Jairo Rodriges, 6. Aylton Silva, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 7. Araz Abdullayev, 10. Cavid İmamverdiyev, 26. Kamal Qurbanov, 20. Anete, 14. Məhəmməd Qurbanov, 18. Elşən Rzazadə.
Baş məşqçi: Vəli Qasımov.
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Füzuli  Nəcəfov.
Qəbələ şəhər stadionu.

Zirə - Qarabağ 0:2
Qollar: Dani Kintana, 28. Reynaldo Silva, 74.
Zirə: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 9. Nelson Bonilla, 10. İqor İvanoviç, 11. Viktor İbekoyi, 13. Aleksandr Şemonayev (k), 14. Tellur Mütəllimov, 19. Nurlan Novruzov, 37. Yovan Krneta, 60. Elvin Məmmədov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Nicat Qurbanov, 27. Rəşad Abdullayev, 28. Təmkin Xəlilzadə, 32. Tato, 38. İlkin Muradov, 39. Sadiq Quliyev.
Baş məşqçi: Adil Şükürov.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda,  22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 8. Migel Madera, 32. Elvin Yunuszadə, 77. Cavid Tağıyev, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Rövşən Əhmədov.
Zirə İdman Kompleksinin stadionu.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

32

23

6

3

59-19

75

2

Zirə

32

17

9

6

39-24

60

3

Kəpəz

32

14

10

8

42-35

52

4

Qəbələ

32

13

11

8

38-26

50

5

İnter

32

13

11

8

30-23

50

6

AZAL

32

13

6

13

24-29

45

7

Neftçi

32

10

10

12

31-35

40

8

Sumqayıt

32

6

12

14

34-45

30

9

Xəzər Lənkəran

32

3

5

24

12-42

14

10

Rəvan

32

4

8

20

22-53

14

Bombardirlər

Nelson Bonilla (Zirə) - 14. Dani Kintana (Qarabağ) - 12. Ruslan Qurbanov (Neftçi) - 11. Riçard Almeyda (Qarabağ), Amil Yunanov (Sumqayıt), Aleksey Qay (Qəbələ) - 9.

Qeyd:

FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

Facebookdan bizi izləməyi unutmayın.
X