“Xəzər Lənkəran” klubunun rəhbərliyində dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, komandanın idman direktoru Babək Quliyev postundan istefa verib. Rəhbərlik onun istefasını qəbul edib.
Qeyd edək ki, 39 yaşlı keçmiş FİFA referisi bu ilin fevralında klubda təyinat almışdı. 2001-ci ildən hakimliyə başlayan Quliyev 2002-ci ildən fəaliyyətini FİFA referisi kimi davam etdirib. O, 2009-cu ildən hakimlikdən kənarlaşdırılandan sonra futbol sahəsində çalışmırdı.
İdman24.az