Premyer Liqanın XXXII turunda keçirilən "İnter" - "Sumqayıt" matçında ciddi zədələnən Rauf Əliyevin durumuna aydınlıq gəlib.
Fanat.az xəbər verir ki, həkim müayinəsindən sonra "bankirlər"in hücumçusunun həyatı üçün təhlükə olmadığı müəyyən edilib. Ötən günü xəstəxanada keçirən Əliyev artıq evə buraxılıb və müalicəsini ambulator şəraitdə davam etdirəcək.
Qeyd edək ki, "Sumqayıt"ın müdafiəçi Cəmil Hacıyevlə mübarizə sonrası Əliyevin dili qatlanmışdı.
Fanat.az