Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedici heyətlərin çempionatının XXXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Sumqayıt"la matçın 27-ci dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alan “İnter”in qapıçısı Kamran Ağayev 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə edilib. Oyunun 90+1-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın üzvü Cəmil Hacıyevin cəzası 2 oyun olub. Klub buna görə 2000 manat ödəyəcək.
"Qarabağ" çempion olduğu "Zirə" matçına görə 1000 manat cərimələnib. Buna səbəb Ağdam klubunun azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi olub.
"İnter"in əvəzedici heyəti isə "Sumqayıt"la oyunda ikinci sarı vərəqədən sonra meydandan qovulan Vüqar Həsənova görə 100 manat cərimə edilib. Futbolçu özü bir oyunluq cəzalanıb.
Fanat.az