14:58 04.05.2016 619

"Tour d`Azerbaidjan-2016"da ilk gün

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d`Azerbaidjan-2016" veloyürüşünə start verilib. İlk yarış günü iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhərinədək 154 km məsafə qət ediblər.

Məsafəni hamıdan tez başa vuran Almaniyanın "Bora-Argon 18" peşəkar kontinental komandasının üzvü Fil Bauhauz 3 saat, 34 dəqiqə, 19 saniyə göstərici ilə mərhələ qalibi olub. ABŞ-ın "İlluminate" komandasını üzvü Skott Sanderlend və Birləşmiş Ərəb Əmirliklərinin "Nəsr Dubay" klubunun nümayəndəsi Luka Vakerman müvafiq olaraq 2-ci və 3-cü yeri tutub. Azərbaycanın "Synergy Baku" komandasının üzvləri Yannis Tamuridis, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Kiril Pozdnyakov və Elçin Əsədov da mərhələni ilk pelotonda başa vurublar. Fotofinişə əsasən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - 5-ci yer.

Mərhələni qalib kimi başa vuran "Bora-Argon 18"in üzvü Fil Bauhauz bununla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini ələ keçirib. O həm də ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR", eyni zamanda ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "Ataholding" köynəyinə də sahib çıxıb. Ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli "AZAL" köynəyini isə Malayziyanın "Terengganu" klubunun üzvü Saleh Mohd Zamri əldə edib. Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təqdim ediblər.

“Yürüşə yaxşı başladıq. Komandamız üzərinə düşəni işi gördü. Liderimiz öhdəliyini yerinə yetirdi. Komandamızın 2 üzvü də mənə çox yardım etdi. Ümumilikdə yarışın yaxşı keçdiyini söyləyə bilərəm”. Bu sözləri ilk mərhələnin qalibi, “Bora-Arqon 18” komandasının üzvü Fil Bauhaus deyib.

O qeyd edib ki, bu peşəkar karyerası ərzində ilk qələbəsidir: “Bu mənim peşəkar səviyyədə ilk uğurumdur. Qalib gəlmək hər zaman xoşdur. Çalışacağam ki, bundan sonra da inamlı çıxışımı davam etdirim. Amma sabahkı gün dağ mərhələsidir. Bu isə sprinterlər üçün əlverişli deyil”.

Yarış lideri Azərbaycan haqda müsbət fikirlər də səsləndirib: “Çox gözəl ölkəniz var. Birinci dəfədir ki Azərbaycandayam. Buranı çox bəyəndim. Təşkilatçılıq yüksək səviyyədədir. Eləcə də çoxlu sayda azarkeşlərin turu izləməsi müsbət haldır”.

Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar saat 10:30-da Veloparkdan start götürməklə 186,5 km məsafə qət edəcəklər və İsmayıllıda finiş xəttini keçəcəklər.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X