Sabah Bakıda startı veriləcək 17 yaşadək futbolçulardan ibarət yığmalar arasındakı Avropa çempionatı üçün millimizin yekun heyəti açıqlanıb.
Fanat.az xəbər verir ki, baş məşqçi Təbriz Həsənov 18 nəfərlik əsas və 2 nəfərlik ehtiyat heyəti müəyyənləşdirib.
18 nəfərlik heyətdə 6 milliləşdirilmiş futbolçu yer alıb. Onlardan 5-i Türkiyənin "Beşiktaş" və "Trabzonspor", biri Almaniyanın "Rot-Veyss Essen" klublarında çıxış edir. Həmçinin Almaniyanın "Leypziq" klubundan Murad Mahmudova da Avropa çempionatında iştirak edəcək. Bu 7 futbolçunu baş məşqçi Təbriz Həsənov əsas heyətdə oynatmaq niyyətindədi.
Əsas heyət
İbrahimov Kamran - Neftçi
Hüseynov Məmməd - Qarabağ
Əsədov Elçin - Neftçi
Atlam Ege - Beşiktaş (Türkiyə)
Qarayev Ricat - Sumqayıt
Seyliğli Hüseyin - Beşiktaş (Türkiyə)
Həsənov Yusif - Xəzər Lənkəran
Karakaş İsmayil - Trabzonspor (Türkiyə)
Qədirzadə İbrahim - Xəzər Lənkəran
Muxtarlı Ceyhun - İnter
Əhmədov Süleyman - İnter
Ekincier Barış - Rot-Veyss Essen (Almaniya)
Nəbiyev Fərid - Qəbələ
Güler Metin - Beşiktaş (Türkiyə)
Qasımov Nadir - İnter
Öksüz Doğukan - Trabzonspor (Türkiyə)
Mahmudov Murad - Leypziq (Almaniya)
Mehdiyev Pilağa - Neftçi
Ehtiyat heyət
Popov Murad - Qəbələ
Həziyev Bahadur - Neftçi
Fanat.az