"Çelsi" bu yay yeni transferlərə 100 milyon avro xərcləyəcək.
İdman24.az-ın məlumatına görə, bu barədə klubun baş məşqçisi Rafael Benitez məlumat verib.
Onun sözlərinə görə, "Çelsi" gələn mövsüm daha da güclü olmaq üçün 3-4 güclü futbolçu alacaq.
Benitez klubun gələcək baş məşqçisinin kim olacağı ilə bağlı suala belə cavab verib: "Klubun gələcək baş məşqçisinin kim olacağını bilmirəm və bu barədə danışmaq da istəmirəm. Hesab edirən ki, hamı bir nəfər haqqında düşünür".
Qeyd edək ki, 53 yaşlı ispan mütəxəssis 3 ayrı klubda kubok qazanan ikinci baş məşqçi adını alıb.
İdman24.az