Topaz Premyer Liqasına yeni hakim təyinat alıb.
Fanat.az xəbər verir ki, Rövşən Rəcəbov ilk dəfə güclülər dəstəsində iş başında olacaq. O, Topaz Premyer Liqasının "Qarabağ" - "Sumqayıt" matçına təyinat alıb.
Bununla da Rövşən Rəcəbov cari mövsümdə Topaz Premyer Liqasında təyinat alan 11-ci baş hakim olub. Belə ki, bundan əvvəl Elvin Əsgərov, Əliyar Ağayev, Fariz Yusifov, İnqilab Məmmədov, Orxan Məmmədov, Ömər Paşayev, Ramil Diniyev, Rauf Cabbarov, Rəhim Həsənov və Rəvan Həmzəzadə təyinat almışdı.
Fanat.az