19:51 11.05.2016 911

"Qarabağ" "Qəbələ"ni uddu, "Neftçi" AZAL-a çatdı

Bu gün Premyer Liqada XXXIV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Günün ilk matçı Şüvəlanda AZAL-la "Zirə" arasında baş tutub. Bu qarşılaşma hər iki tərəf üçün böyün önəm daşıyırdı. "Zirə" gümüş medalları təmin etmək üçün bu görüşdən mütləq qalib ayrılmalı idi. 3 oyundu ki, qalib gələ bilməyən debütant uğursuz seriyaya son qoymaq istəyirdi. AZAL isə Avropa Liqası iddiasını davam etdirmək üçün qələbə qazanmağa borclu idi. Amma tərəflərdən heç biri vəzifənin öhdəsindən gələ bilməyib. Hesabı AZAL açsa da, matç bərabərliklə yekunlaşıb - 1:1.
 
"Kəpəz" - "Neftçi" matçı da bir o qədər əhəmiyyətli idi. Çünki "ağ-qaralar" AZAL-la birlikdə Avropa Liqasına vəsiqə qazanmaq iddiasındadı. Bunun üçün də "Neftçi" səfərdə mütləq qələbə qazanmalı idi. Meydan sahibləri isə ikinci yerə iddia edirdi. "Kəpəz"in evdə xal itirməsi ən "Zirə"nin işinə yarayacaqdı ki, bu da baş verib. Hesabı meydan sahibləri açsa da, ikinci yarıda iki qol vuran "Neftçi" qələbə qazanaraq turnir cədvəlində AZAL-ı geridə qoyub - 2:1. "Ağ-qaralar" qələbə qolunu son dəqiqədə penaltidən vurub.

"Kəpəz"in büdrəməsini "Zirə" qədər "İnter" də istəyirdi. Bu turadək "Qəbələ" ilə 4-5-ci pillələri bölüşən "bankirlər" mövsümü medalla başa vurmaq iddiasındadı və bunün üçün "Xəzər Lənkəran"ı yenməklə yanaşı, "Kəpəz"in də xali itirməsinə ümid edirdi. "Xəzər Lənkəran" isə yeni baş məşqçi Ağadadaş Həmidovun başçılığı altında xal və qələbə həsrətinə son soymağa çalışırdı. 3 qolun vurulduğu oyunda "İnter" 2:1 hesablı qələbə qazanıb. Bununla da "Xəzər Lənkəran" xal həsrəti 11 oyuna, qələbə həsrəti 22 matça çatıb.

"Sumqayıt" - "Rəvan" matçı meydan sahibləri üçün formal xarakter daşısa da, qonaqlar üçün böyük əhəmiyyətə sahib idi. Uzun fasilədən sonra son pillədən canını qurtarmağa yaxın olan "Rəvan" bu gün qələbə qazanmalı idi. “Xəzər Lənkəran" "İnter"ə məğlub olduğundan Bəhnəm Həsənovun yetirmələri "Sumqayıt"dan bir xal alaraq son pillədən qurtula bilərdi. Lakin hesabı açan "Rəvan" rəqibin 3 qoluna mane ola bilməyərəka uduzub - 1:3.
 
Turun mərkəzi oyunu isə Masazırda keçirilib. Bu turadək çempionluğu təmin etmiş “Qarabağ” “Qəbələ”ni qəbul edib. Son 10 matçda qələbə qazanıb, klub tarixinin rekordunu müəyyənləşdirən Qurban Qurbanovun yetirmələri seriyanı 11-ə çatdırıb. 2 qolun vurulduğu oyunda ağdamlılar 2:0 hesablı qələbə qazanıb. “Qəbələ” isə 6 turluq məğlubiyyətsizliyi qələbə ilə davam etdirə bilməyib. Beləliklə, "Qəbələ" 2-ci yeri tutmaq şansını itirib.

Premyer Liqa
2015/16 mövsümü
IV dövrə, XXXIV tur

11 may
AZAL - Zirə 1:1
Qol: Nuqzar Kvirtiya, 68 - Viktor İbekoyi, 86.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, 9. Aydın Qasımov (19. Məhəmməd Bədəlbəyli, 83), 10. Nuqzar Kvirtiya, 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı (11. Ruslan Nəsirli, 89), 23. Hacı Əhmədov, 24. Emin Cəfərquliyev, 77. Adan Koronado (27. Aleksandr Quruli, 90+2).
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 5. Kamil Hüseynov, 63. Seyidrəzi Ağayev, 88. Mirzağa Hüseynpur.
Baş məşqçi: Tərlan Əhmədov.
Zirə: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 9. Nelson Bonilla (10. İqor İvanoviç, 46), 11. Viktor İbekoyi, 13. Aleksandr Şemonayev (k), 14. Tellur Mütəllimov, 19. Nurlan Novruzov, 37. Yovan Krneta, 60. Elvin Məmmədov (28. Təmkin Xəlilzadə, 78), 90. Vüsal İsgəndərli (17. Nicat Qurbanov, 66).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 2. Çimezi Mbah, 39. Sadiq Quliyev, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
Sarı vərəqələr: Tural Hümbətov, 29 (qeyri-idman hərəkəti). Hacı Əhmədov, 37 (qeyri-idman hərəkəti). Murad Səttarlı, 64 (qeyri-idman hərəkəti). Emin Cəfərquliyev, 70 (qeyri-idman hərəkəti) - Aleksandr Şemonayev, 4 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). Tellur Mütəllimov, 30 (qeyri-idman hərəkəti). Vüqar Mustafayev, 77 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"AZAL Arena". 200 tamaşaçı.

Kəpəz - Neftçi 1:2
Qollar: Julien Ebah, 5 - Anete, 49. Ruslan Qurbanov, 80-pen.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 7. Juninyo (80. Tural Rzayev, 46), 8. Budaq Nəsirov, 9. Namiq Ələsgərov, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 19. Orxan Əliyev (27. Bəxtiyar Soltanov, 81), 25. Şəhriyar Əliyev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 4. Elvin Cəbrayılov, 15. Azad Kərimov, 21. Xəzər Qəribov, 23. Tural Nərimanov.
Baş məşqçi: Şahin Diniyev.
Neftçi: 53. Maksim Vaylo, 3. Filyo Rodriges, 4. Rahil Məmmədov, 6. Aylton Silva (11. Ruslan Qurbanov, 58), 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Anete (10. Cavid İmamverdiyev, 75), 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 14. Məhəmməd Qurbanov, 26. Kamal Qurbanov, 33. Orxan Bəşirov, 61. Təyyar Məmmədov.
Baş məşqçi: Vəli Qasımov.
Sarı vərəqələr: Tural Axundov, 38 (qeyri-idman hərəkəti). Budaq Nəsirov, 68 (qeyri-idman hərəkəti). Şəhriyar Rəhimov, 79 (qeyri-idman hərəkəti). Tərlan Quliyev, 88 (qeyri-idman hərəkəti); 90 (fitdən sonra topa zərbə) - Filyo Rodriges, 41 (qeyri-idman hərəkəti). Elşən Abdullayev, 90+2 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Tərlan Quliyev, 90.
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Gəncə şəhər stadionu. 12000 tamaşaçı.

İnter - Xəzər Lənkəran 2:1
Qollar: Rauf Əliyev, 14. Yuri Fomenko, 27 - Vaquf Güləliyev, 47.
Qolla nəticələnməyən penalti: Vüqar Bəybalayev, 33.
İnter: 79. Georgi Lomaya (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Laşa Kasradze, 7. Nika Kvekveskiri, 11. Rauf Əliyev, 12. Ruslan Əmircanov (22. İlkin Qırtımov, 65// 33. Aqşin Quluzadə, 90+2), 20. Yuri Fomenko, 23. Sezar Meza Kolli (6. Laşa Salukvadze, 67), 24. Fuad Bayramov, 77. Mirsahib Abbasov.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 8. Nizami Hacıyev, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov.
Baş məşqçi: Zaur Svanadze.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu (86. Xaqani Sadıqov, 87), 8. Vüqar Bəybalayev (41. Hüseyn Xəlilzadə, 74), 9. Bayram Budaqov, 15. Nodar Məmmədov, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə (99. Mahsun Qəmbərli, 68), 35. Elfad Baləhmədov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 45. Heydər Babayev.
Baş məşqçi: Ağadadaş Həmidov.
Sarı vərəqələr: Yuri Fomenko, 61 (hakimi aldatmağa cəhd). Georgi Lomaya, 90+2 (hakim qərarına etiraz) - Nodar Məmmədov, 15 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). Vaquf Güləliyev, 65 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Ziya Nəsirov .
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
“İnter Arena”. 550 tamaşaçı.

Sumqayıt - Rəvan 3:1
Qollar: Amil Yunanov, 64. Pərdis Fərcad-Azad, 71; 81 - Yasin Həmid, 8.
Sumqayıt: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov (55. Ağabala Ramazanov, 66), 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə (9. Əli Əlimərdanlı, 89), 25. Ayaz Mehdiyev, 29. Amil Yunanov, 70. Vaqif Cavadov, 97. Xəyal Nəcəfov (7. Pərdis Fərcad-Azad, 52).
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 6. Mikayıl Rəhimov, 18. Aleksandr Çertoqanov, 27. İsmayıl Babayev.
Baş məşqçi: Samir Abasov.
Rəvan: 1. Rəşad Əzizli, 2. Ruslan Tağızadə, 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov, 5. Mirkamil Haşımlı (19. Hüseyn Axundov, 81), 8. Məmməd Quliyev, 15. Ceyhun Abdullayev (16. Orxan Lalayev, 67), 17. Ramazan Abbasov (k), 21. Novruz Məmmədov, 29. Əziz Quliyev (11. Elnur Abdulov, 59), 86. Yasin Həmid.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 28. Xanlar Teymurov, 39. Əlibəy Məmmədli, 98. Ülvi Kələşov.
Baş məşqçi: Bəhmən Həsənov.
Sarı vərəqə: Elnur Abdulov, 69 (sistematik qayda pozuntusu).
Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, İsgəndər Əliyev, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Kapital Bank Arena”. 800 tamaşaçı.

Qarabağ - Qəbələ 2:0
Qollar: Dani Kintana, 17: 32.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 10. Dani Kintana (99. Muarem Muarem, 77), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda (22. Əfran İsmayılov, 68), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 67. Əl Hərbi Əl Jadeyui.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov (21. Arif Daşdəmirov, 72), 19. Aleksey Qay (k), 25. Qismət Alıyev, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov (32. Rəşad Eyyubov, 66), 69. Aleksey Antonov (97. Roman Hüseynov, 84), 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 5. Pavel Paşayev, 13. Murad Musayev, 18. Vadim Abdullayev.
Baş məşqçi: Roman Qriqorçuk.
Sarı vərəqələr: Urfan Abbasov, 66 (qeyri-idman hərəkəti). Vojislav Stankoviç, 76 (qeyri-idman hərəkəti). Ermin Zets, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
“Əlincə Arena”. 1500 tamaşaçı.

ey

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

34

25

6

3

62-19

81

2

Zirə

34

17

10

7

40-28

61

3

İnter

34

15

11

8

36-24

56

4

Kəpəz

34

15

10

9

46-37

55

5

Qəbələ

34

14

11

9

41-28

53

6

AZAL

34

13

7

14

26-33

46

7

Neftçi

34

12

10

12

36-37

46

8

Sumqayıt

34

7

12

15

37-47

33

9

Xəzər Lənkəran

34

3

5

26

13-47

14

10

Rəvan

34

4

8

22

23-60

14

Bombardirlər

Nelson Bonilla (Zirə), Dani Kintana (Qarabağ) - 14. Ruslan Qurbanov (Neftçi) - 12. Amil Yunanov (Sumqayıt) - 10. Riçard Almeyda (Qarabağ), Aleksey Qay (Qəbələ) - 9.

Qeyd:

FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X