"İnter"in daha bir futbolçusu ağır zədə alıb. Fanat.az xəbər verir ki, İlkın Qırtımov "Xəzər Lənkəran"la matçda zədələnib.
Belə ki, Qırtımov rəqib futbolçu Xaqani Sadıqovla hava mübarizəsi zamanı başından xəsarət alıb və yerdə qalıb. Ona futbolçular və klubun həkimi ilkin yardım göstərib. Bir müddət sonra özünə gələn İlkin dərhal əvəzlənib və oyun başa çatandan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, iki tur əvvəl “bankirlər”in “Sumqayıt”la oyununda hücumçu Rauf Əliyev də başına zərbə almış, ciddi zədələnərək təcili yardım maşını ilə xəstəxanaya aparılmışdı.
Fanat.az