13:42 15.05.2016 769

"Qarabağ"ı gözləyən təhlükə

Anar XANLAROV

Bu futbol mövsümü də başa çatmaq üzrədir. Ölkəmizi avrokuboklarda təmsil edəcək 4 komandadan 3-nün adı artıq məlumdur - “Qarabağ", “Kəpəz", “Qəbələ". Sonuncu vəsiqə uğurunda isə AZAL-la “Neftçi" mübarizə aparır. Yəqin razılaşarsınız ki, çempionatımızın səviyyəsi günü gündən aşağı düşür. Debütant “Zirə" ikinci pillədə qərarlaşıb, “Kəpəz" bu heyətlə Avropa Liqasına vəsiqə qazanır, pulsuz AZAL hələ də şansını saxlayır. 

Yəqin ki, 3-4 il əvvəlki vaxt olsaydı, bu komandalar heç ilk “beşliy"ə düşə bilməzdilər. Çünki o vaxt çempionatda “Bakı", “Xəzər Lənkəran" kimi iddialı komandalar var idi, “İnter" və “Neftçi" indikindən xeyli güclü idilər. İndiki halda isə çempionatda rəqabət yox səviyyəsindədir. Bu mənada “Qarabağ"ın işi lap asan oldu. Məhz bu rəqabətsizliyin fonunda Qurban Qurbanovun komandası iki mövsümdür ard-arda sona 4 tur qalmış çempionluğu böyük fərqlə təmin edir. Hər kəs bunu qəbul edir ki, hazırda Ağdam klubunun rəqibi yoxdur. Bəs, bu, yaxşı xüsusiyyətdirmi? Bu durum “Qarabağ"ın xeyrinədirmi? Əsla yox.

Birincisi, rəqabət olmayan yerdə hansısa inkişafdan danışmaq mümkün deyil. Əgər Ağdam klubu əksər oyunları bir ayaqla keçirsə, hətta əvəzedici futbolçuları belə, digər klubların əsas heyətlərini asanlıqla məğlub edirsə, burada hansı inkişafdan söhbət gedə bilər? Bu gün “Qarabağ"a layiqli rəqib yoxdursa, Qurban Qurbanov öz futbolçularının nöqsanlarını, zəif cəhətlərini necə görəcək? Gərək qarşındakı rəqib sənə layiq ola ki, sən də öz üzərində məsuliyyət hiss eliyib daha səylə çalışasan. “Qarabağ" futbolçularının məsuliyyətsiz olduğunu əsla demək istəmirəm. Əksinə, Qurban Qurbanov bacardığı qədər çalışır ki, futbolçuları oyunlara tam ciddi yanaşsın. Ancaq real durumu da etiraf etmək lazımdır. Bu gün “Qarabağ"ın futbolçuları görürsə ki, onlar “Rəvan"ı, AZAL-ı, “Sumqayıt"ı, “Xəzər Lənkəran"ı, “Kəpəz"i, “Zirə"ni yarı güclə çox rahat məğlub edə bilirlər,  o zaman niyə əlavə güc sərf etsinlər? Yaxud, çempionluğu təmin etmiş bir komanda “Sumqayıt" önünə hansı ciddiyət, hansı motivasiya ilə çıxsın? Bax, bütün bu rəqabətsizlik birbaşa komandanın ziyanınadır.

İkincisi, “Qarabağ" bu rəqabətsizliyin acısını Çempionlar Liqasında çəkə bilər. Rəqabətin olmadığı bir çempionatda qalib olan komanda sabah Avropada daha güclü, daha ciddi rəqiblər önündə çətinlik çəkəcək. Çünki Avropada rəqiblər daha güclüdülər. Orada çatışmayan cəhətlər daha qabarıq üzə çıxır. Azərbaycan çempionatında “Rəvan", AZAL, “Xəzər Lənkəran", “Sumqayıt" Qurban Qurbanova imkan vermir ki, həmin nöqsanları görsün. Lakin sabah Çempionlar Liqasında güclü rəqiblər önündə həmin səhvlərin fərqinə varanda gec olacaq. Onda “Qarabağ" daxili çempionatdakı rəqabətsizliyin acısını çəkəcək.

Burada Qurban Qurbanovu qınamaq da doğru deyil. Çünki çempionata güclü komandaları cəlb etmək, klublara güclü sponsorlar tapmaq onun əlində deyil. Amma fakt budur ki, hazırkı durum onun və komandasının əleyhinədir. Bu halda “Qarabağ"ı Avropada ciddi təhlükə gözləyir. Hələ biz “Qarabağ"dan danışırıq. “Kəpəz"i yaxud “Neftçi"ni, AZAL-ı gözləyən təhlükədən isə Allah özü qorusun.

“Het-trik news”
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

Facebookdan bizi izləməyi unutmayın.
X