Topaz Premyer Liqasında XXXV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, turun bütün matçları eyni gündə və eyni saatda baş tutub.
Ardıcıl 3-cü çempionluğunu təmin edən “Qarabağ” autsayder “Rəvan”ın qonağı olub. Görüş ağdamlılar üçün əhəmiyyətsiz olsa da, Bəhmən Həsənovun yetirmələri üçün Premyer Liqadakı yerini qoruya bilmək baxımından olduqca vacib idi. "Qarabağ" ikinci heyətlə çıxdığı matçda uduzub. İlk yarıda qırmızı vərəqə alaraq azlıqda qalan ağdamlılar meydanı 1:2 hesablı yenilgi ilə ayrılıb.
Çempionatın digər autsayderi “Xəzər Lənkəran” isə “Sumqayıt”ı qəbul edib. Əsas hədəfi elitada qalmaq olan və bunun üçün “Rəvan”la qiyabi mübarizə aparan cənublular “Sumqayıt”la da qonşu pillələrdə qərarlaşsalar da, aradakı xal fərqi baxımından iki klub arasında intriqa yox idi. Finişə 3 tur qalmış baş məşqçisiz qalan “ağ-yaşıllar” məhdud heyətlə əsas liqadakı yerini qorumaq üçün “Sumqayıt”ı xalsız yola salmağa çalışırdı. 34-cü dəqiqədə hesabı açan "ağ-yaşıllar" əsas hədəf çatmağa yaxın olsa da, ikinci yarıda iki qol buraxaraq məğlub olublar - 1:2. İki oyunun nəticəsindən sonra "Rəvan" 9-cu yerə qalxıb, "Xəzər Lənkəran" son pilləyə yuvarlanıb.
Günün diqqətçəkən qarşılaşmalarından biri Masazırda baş tutub. “Neftçi” avrokuboklara buraxılmamaq sanksiyası ilə üzləşən “İnter”i qəbul edirdi. Vəli Qasımovun yetirmələri kubokda finala çıxsalar da, işlərini möhkəm tutmaq üçün çempionatda da lazımi pillədə qərarlaşmaq lazımdı. Bunun üçün isə “bankirlər” üzərində qələbə vacib idi. "Neftçi" matçın əvvəlində hesabda geri düşsə də, yekunda qələbə qazana bilib - 4:2.
Cari mövsümdə qeyri-stabil çıxışla yadda qalan “Qəbələ” isə avrokuboklara digər iddialı AZAL ilə münasibətləri ayırd edib. Ölkə kubokunda mübarizəni dayandıran Roman Qriqorçukun komandası bütün diqqətini çempionata yönəldərək, turnir cədvəlində yuxarı pillələrə qalxmaq niyyətindədi. “Zirə” və “İnter”in avrokuboklara buraxılmaması ilə əlaqədar, Avroliqaya çıxmaq şansları olan AZAL isə əlinə düşən imkandan lazımınca faydalanmaq arzusundadı. Odu ki, bu komandaların görüşünün də gərgin mübarizə şəraitində keçəcəyi əvvəlcədən bəlli idi. AZAL səfərdən qələbə ilə qayıtmağı qarşısına məqsəd qoysa da, bunu bacarmayıb və meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. Bununla 6-cı pilləyə yüksələn "Neftçi"nin Avropa Liqasına gedən yolu açılıb.
Premyer Liqanın debütantı “Zirə” ilə cari mövsümdə yenidən elitada çıxış edən “Kəpəz”in qarşılaşması da böyük maraq oyadırdı. Gəncə klubu oyunda xal itirməməli idi. "İnter"in məğlubiyyəti gəncəlilərin ilk "üçlüy"ə daxil olması üçün gözəl şərait yaratmışdı. Amma Şahin Diniyevin yetirmələri iki dəfə hesabda önə keçdikləri matçda bir xalla kifayətlənib - 2:2. Beləliklə, "Zirə" gümüş medalları özü üçün rəsmiləşdirib.
Premyer Liqa
2015/16 mövsümü
IV dövrə, XXXV tur
15 may
Rəvan - Qarabağ 2:1
Qol: Ramazan Abbasov, 26-pen. Elnur Abdulov, 55 - Əfran İsmayılov, 45.
Rəvan: 1. Rəşad Əzizli, 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov, 8. Məmməd Quliyev, 11. Elnur Abdulov, 15. Ceyhun Abdullayev, 17. Ramazan Abbasov (k), 19. Hüseyn Axundov, 21. Novruz Məmmədov, 29. Əziz Quliyev, 92. Yamin Ağakərimzadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 2. Ruslan Tağızadə, 5. Mirkamil Haşımlı, 13. Cəmşid Məhərrəmov, 16. Orxan Lalayev, 38. Zeki Sinan Akkoyun, 86. Yasin Həmid.
Baş məşqçi: Bəhmən Həsənov.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 4. Eltun Yaqublu, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 23. Elgün Uluxanov, 31. Salman Cəfərov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Muarem Muarem.
Baş məşqçi: Qurban Qurbanov.
Qırmızı vərəqə: Eltun Yaqublu, 25.
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əli Hüseynov.
"Bayıl Arena".
Xəzər Lənkəran - Sumqayıt 1:2
Qollar: Tural Qürbətov, 34-pen - Vaqif Cavadov, 65. Amil Yunanov, 80.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 9. Bayram Budaqov, 10. Tural Qürbətov, 16. İbrahim Qədirzadə, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə, 35. Elfad Baləhmədov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 12. İlyas Səfərzadə, 41. Hüseyn Xəlilzadə, 66. Kənan Həsənov, 86. Xaqani Sadıqov, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Ağadadaş Həmidov.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 7. Pərdis Fərcad-Azad, 27. İsmayıl Babayev, 97. Xəyal Nəcəfov, 99. Rasim Ramaldanov.
Baş məşqçi: Samir Abbasov.
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Gülağa Cabbarov.
"Xəzər Lənkəran" Mərkəzi Stadionu.
Neftçi - İnter 4:2
Qollar: Ruslan Qurbanov, 27. Araz Abdullayev, 33. Elşən Abdullayev, 52. Aylton Silva, 84 - Nika Kvekveskiri, 7. Mirsahib Abbasov, 90+2.
Neftçi: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Anete, 26. Kamal Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 6. Aylton Silva, 9. Nikolas Kanales, 10. Cavid İmamverdiyev, 14. Məhəmməd Qurbanov, 33. Orxan Bəşirov, 61. Təyyar Məmmədov.
Baş məşqçi: Vəli Qasımov.
İnter: 79. Georgi Lomaya (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Laşa Kasradze, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 11. Rauf Əliyev, 23. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov, 77. Mirsahib Abbasov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 8. Nizami Hacıyev, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 18. Mənsur Nəhavəndi, 22. İlkin Qırtımov, 45. İlkin Sadıqov.
Baş məşqçi: Zaur Svanadze.
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
"Əlincə Arena".
Zirə - Kəpəz 2:2
Qollar: Elvin Məmmədov, 68. Nicat Qurbanov, 90+1 - Orxan Əliyev, 26. Bəxtiyar Soltanov, 75.
Zirə: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 2. Çimezi Mbah, 9. Nelson Bonilla, 10. İqor İvanoviç, 11. Viktor İbekoyi, 13. Aleksandr Şemonayev (k), 14. Tellur Mütəllimov, 28. Təmkin Xəlilzadə, 37. Yovan Krneta, 60. Elvin Məmmədov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Nicat Qurbanov, 19. Nurlan Novruzov, 32. Tato, 39. Sadiq Quliyev, 90. Vüsal İsgəndərli, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
Kəpəz: 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 7. Juninyo, 8. Budaq Nəsirov, 9. Namiq Ələsgərov, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 19. Orxan Əliyev, 23. Tural Nərimanov, 25. Şəhriyar Əliyev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 4. Elvin Cəbrayılov, 6. Ceyhun Cavadov, 15. Azad Kərimov, 21. Xəzər Qəribov, 27. Bəxtiyar Soltanov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Nahid Əliyev, Rövşən Rəcəbov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Murad Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.
Qəbələ - AZAL 2:0
Qollar: Asif Məmmədov, 20. Aleksey Qay, 86.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Ermin Zets, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Aleksey Qay, 20. Rikardinyo, 25. Qismət Alıyev, 34. Urfan Abbasov, 66. Samir Zərgərov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 5. Pavel Paşayev, 8. Məhəmməd Mirzəbəyov, 13. Murad Musayev, 32. Rəşad Eyubov, 69. Aleksey Antonov, 97. Roman Hüseynov.
Baş məşqçi: Roman Qriqorçuk.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 9. Aydın Qasımov, 10. Nuqzar Kvirtiya, 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı, 23. Hacı Əhmədov, 24. Emin Cəfərquliyev, 77. Adan Koronado.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 4. Qvanzav Maqomedov, 11. Ruslan Nəsirli, 19. Məhəmməd Bədəlbəyli, 27. Aleksandr Quruli, 63. Seyidrəzi Ağayev, 88. Mirzağa Hüseynpur.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Rahil Ramazanov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
Qəbələ şəhər stadionu.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 35 | 25 | 6 | 4 | 63-21 | 81 |
2 | Zirə | 35 | 17 | 11 | 7 | 42-30 | 62 |
3 | İnter | 35 | 15 | 11 | 9 | 38-28 | 56 |
4 | Kəpəz | 35 | 15 | 11 | 9 | 48-39 | 56 |
5 | Qəbələ | 35 | 15 | 11 | 9 | 43-28 | 56 |
6 | Neftçi | 35 | 13 | 10 | 12 | 40-39 | 49 |
7 | AZAL | 35 | 13 | 7 | 15 | 26-35 | 46 |
8 | Sumqayıt | 35 | 8 | 12 | 15 | 39-48 | 36 |
9 | Rəvan | 35 | 5 | 8 | 22 | 25-61 | 17 |
10 | Xəzər Lənkəran | 35 | 3 | 5 | 27 | 14-49 | 14 |
Bombardirlər | Nelson Bonilla (Zirə), Dani Kintana (Qarabağ) - 14. Ruslan Qurbanov (Neftçi) - 13. Amil Yunanov (Sumqayıt) - 11. Aleksey Qay (Qəbələ) - 1. Riçard Almeyda (Qarabağ)- 9. |
Qeyd: | FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib. |
Fanat.az