"Qarabağ"ın uğurlu seriyasına son qoyulub. Fanat.az xəbər verir ki, Ağdam klubu 14 oyundan sonra məğlubiyyət acısı yaşayıb.
Premyer Liqanın XXXV turunda "Rəvan"ın qonağı olan çempion 1:2 hesabı ilə yenilib. Bu Qurban Qurbanovun yetirmələri üçün 14 oyundan sonra ilk məğlubiyyət olub. Belə ki, "Qarabağ" sonuncu dəfə XIX turun yanvarın 31-də baş tutan AZAL-la oyununda yenilmişdi. Həmin vaxtdan sonra baş tutan 14 oyunda 13 qələbə qazanan ağdamlılar bir matçda "sülh" bağlamışdı. Beləliklə, "Qarabağ" 105 gün sonra məğlubiyyət acısı yaşayıb.
Qurban Qurbanovun yetirmələri uğurlu seriya ərzində "Qəbələ" (2:0 2:1), "Sumqayıt" (1:0 2:0), "Zirə" (2:0 2:0), "Neftçi" (2:1 2:0), "Kəpəz" (4:0 2:1), "Xəzər Lənkəran"ı (2:1 3:0) 2 dəfə, "İnter"i (2:0) bir dəfə yenib, "bankirlər"lə bir dəfə "sülh" (1:1) bağlayıb.
"Qarabağ"ın qələbə seriyası da qırılıb. Sonuncu dəfə XXIII turun 27 fevralda keçirilən "İnter"lə matçda "sülh"ə (1:1) razılaşan Ağdam klubu son 11 oyunda qalib gəlmişdi. 78 gün sonra qələbə qazana bilməyib.
Fanat.az