Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda C. Hüseynovun vəkili Adəm Məmmədov müdafiə nitqi ilə çıxış edib. Vəkil bildirib ki, C. Hüseynovun günahı sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılmalıdır.
Proses mayın 25-dək təxirə salınıb.
Qeyd edək ki, ötən prosesdə prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. (APA)
Fanat.az