Topaz Premyer Liqasının sonuncu - XXXVI turunun oyun cədvəlində dəyişiklik edilib. Fanat.az xəbər verir ki, turun görüşləri əvvəlcədən nəzərdə tutulduğu kimi 21 mayda deyil, bundan bir gün öncə reallaşacaq.
Buna səbəb yarışı mükafatçılar sırasında bitirmiş komandalara medalların təqdim olunmasıdı. Eyni zamanda, 21 mayda 17 yaşlı futbolçulardan ibarət milli komandalar arasında Bakıda keçirilən Avropa çempionatının final görüşü baş tutacağından Premyer Liqa görüşlərinin vaxtının dəyişdirilməsi məqsədəuyğun hesab olunub.
Fanat.az