Mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışı keçəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki 29 futbolçuya dəvət göndərib.
Xorvatiyalı mütəxəssis həmin oyunçuları Andorra, Makedoniya və Kanada ilə keçiriləcək yoldaşlıq görüşlərində sınayacaq. Prosineçki ən çox “Qarabağ” və “Qəbələ”nin futbolçularına dəvət göndərib. Belə ki, adıçəkilən klubların hər birindən 6 oyunçu Avstriyadakı toplanışda iştirak edəcək.
Millimizin heyətində 3 əcnəbi də var. Bunlar müvafiq olaraq Almaniya, İspaniya və Türkiyədə çıxış edən Dmitri Nazarov, Eddi İsrafilov və Ufuk Budakdı.
Qapıçılar: Səlahət Ağayev (“Sumqayıt), Kamran Ağayev (“İnter”), Anar Nəzirov (“Zirə”).
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev (hamısı “Qəbələ”), Adil Nağıyev (“Zirə”), Tərlan Quliyev (“Kəpəz”), Ufuk Budak (“Qaziantep BB”, Türkiyə).
Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Elvin Camalov (“Qəbələ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Elvin Məmmədov, Vüqar Mustafayev (hər ikisi “Zirə”), Namiq Ələsgərov (“Kəpəz”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Eddi İsrafilov (“Kordoba”, İspaniya), Murad Səttarlı (AZAL).
Hücumçular: Rəşad Eyubov (“Qəbələ”), Ağabala Ramazanov, Amil Yunanov (hər ikisi “Sumqayıt”), Ruslan Qurbanov (“Neftçi”).
Fanat.az