Ötən gün dünyasını dəyişən türkiyəli iş adamı Tahir Küçükel bu gün son mənzilə yola salınıb.
T.Küçükelin şübhəli ölüm xəbəri türk mediasının gündəmini zəbt edib. Tikinti aparılan ərazidə yaralı tapılıb, xəstəxanaya aparılarkən həyatını itirən gənc iş adamı bu gün axşam saatlarında torpağa tapşırılıb. Haluk və Saffet Ulusoyun qohumu olan Küçükelin cənazə namazında Türkiyənin məşhur futbolçusu, mərhumun yaxın dostu Arda Turan da iştirak edib.
Cənazə namazını ön cərgədə qılan futbolçu, "Uşaqlıq dostum idi. Çox təəssüf. Söyləməyə sözüm yoxdur" - deyə, kədərini bildirb.
A.Turanla yanaşı cənazə namazında Mehmet Ağar, Buse Terim, Volkan Bahçekapılı, Burcu Esmersoy, Mehmet Aslan kimi məşhurlar da iştirak edib. (axşam.az)
Fanat.az