18:48 22.05.2016 1125

"Xəzər Lənkəran"ı bitirən səbəb - Jurnalistlər danışdı

Azərbaycanın ən böyük azarkeş kütləsinə sahib klublarından biri - "Xəzər Lənkəran" üçün mövsüm faciəvi sonluqla bitdi. Mövsümün əvvəlində FIFA-nın qoyduğu transfer qadağası səbəbindən heyətini gücləndirə bilməyən klub qış fasiləsində pulsuzluqdan istənilən futbolçuları heyətinə qatmadı.

Mövsümün son oyununa qədər komandanın Premyer Liqada qalmaq şansı olsa da, bütün ümidlərin üstündən Ramil Diniyev xətt çəkdi. Qarşılaşmanın son dəqiqələrinədək hesabda öndə olan "ağ-yaşıllar"ın qapısına özünə hörmət edən heç bir hakimin təyin etməyəcəyi penaltini təyin edən Xaqani Məmmədovun yetirməsi "Xəzər Lənkəran"ı I diviziona göndərdi.

Yarandığı gündən azarkeşlərin sevimlisinə çevirilən "Xəzər Lənkəran" artıq Premyer Liqada yoxdu. Bəs kimdi bunun günahkarı? Bundan sonra hansı addımlar atılmalı, "Xəzər Lənkəran" futbol səhnəsində hansı yollarla qalmalıdı. Bu suallarla Azərbaycan futbolunun hər üzünə bələd olan həmkarlarımıza müraciət etdik.

"Futbol təsərrüfatında rəhbərlik bir qrup "moşşennik"in nəzarətindədi"


Natiq Muxtarlı (Komanda.az): "Xəzər Lənkəran"ın Premyer Liqanı tərk etməsində təəccüblü heç nə yoxdu. Rəhbərliyin qeyri-peşəkar idarəçiliyi klubu bu duruma gətirirdi. Mətbuat "Xəzər Lənkəran"ı acı aqibətin gözlədiyini hələ bu klubun başından var-dövlət aşanda deyirdi. Amma onda klub rəhbərliyi tənqidləri qəbul edib nəticə çıxartmaq əvəzinə, mətbuatı məhkəməyə veriridi. Baxın, o rəhbərlər indi komanda haqsızlıqla üzləşəndə belə çıxıb öz sözlərini deyə bilmirlər. Çünki gözləri kölgəlidi. 

Əslində "Xəzər Lənkəran"da olan idarəçilik bütün klublara, AFFA-ya da xasdı. Gec-tez hər bir klub bu aqibətlə üzləşəcək. Hanı "Bakı"? "İnter"in itdən də bir çörək borcu var. "Neftçi" Emil Mpenza məsələsində canını güclə qurtarıb. "Rəvan" bir tikə çörəyə möhtacdı. Amma bu klublar dünən varlı-hallıydılar axı. Niyə belə oldu? Çünki futbol təsərrüfatında rəhbərlik bir qrup "moşşennik"in nəzarətindədi. Onlar varlandılar, futbol isə inkişaf etmədi. Bu "moşenniklər" harda aş varsa, orda başdılar. Harda pul varsa, dərhal orda peyda olurlar. Futbola ayrılan vəsait heç kimin dədəsinin deyil, bu xalqa məxsusdu. Xalqın da pulu belələri tərəfindən mənimsənilir. "Xəzər Lənkəran" belə aqibətlə üzləşən nə birinci, nə də sonuncu klubdu. Bunun qarşısını almaq üçün futbol təsərrüfatında əvvəlcə idarəçilər, sonra da idarəetmə sistemi dəyişməlidi".

"Xəzər Lənkəran"ı əvəz edə biləcək klub hazırda aşağı dəstədə yoxdu"


Amal Abuşov (Sport7.az): "İlk baxışdan hər hansı bir komandanın elitadan düşməsində faciəvi heç nə yoxdu. Aşağı dəstədə mübarizə aparmaqla bir il sonra yenidən elitaya yüksəlmək olar. Hadisələrə bu baxımdan yanaşsaq, "Xəzər Lənkəran"ın Premyer Liqanı tərk etməsi məşqçilər korpusunun, meydana çıxan futbolçuların günahıdı. Onlar uzun müddət sonuncu pillədə yer alan "Rəvan"la xal fərqini artırmaqla özlərini "sığortalaya" bilərdilər.

Azərbaycan reallıqları isə dünya standartlarından fərqlənir. "Bakı"nın başına gələnlər sübut edir ki, bizdə iddialı klubların pis gününün ömrü uzun olur, onlar güclülərin sırasını tərk edəndən sonra özlərinə asanlıqla gələ bilmirlər. Üstəlik, son turlarda cərəyan edən proseslər "Xəzər Lənkəran"ın aşağı düşməsi üçün fərmanın "yuxarılar"da verilməsini düşünməyə əlyeri qoyur. Günahkar hamımızıq. İdarəetmədə nöqsanlara yol verən klub rəhbərliyi, Azərbaycan futbolunu korparativ maraqlarıyla idarə edən AFFA başbilənləri, bütün bunlara qarşı çıxmağa gücü yetməyən idman mətbuatı. 

Bundan sonra nə olacağını demək çətindi. Çünki "Xəzər Lənkəran"ı sözün əsl mənasında əvəz edə biləcək klub hazırda aşağı dəstədə yoxdu. Amma sayı doldurub, çempionat keçirmək AFFA üçün çətin deyil. Ümid edirəm ki, Lənkəran təmsilçisi dağılmayacaq, ən geci gələn mövsüm hər şey qaldığı yerdən davam edəcək".

"Baş verənlərin günahkarı bir nəfərdi: Mübariz Mənsimov"


Kənan Məstəliyev (Rekord.az): "Bu barədə bir neçə gün əvvəl yazmışdım. Baş verənlərin günahkarı bir nəfərdi: Mübariz Mənsimov. Klubun sahibi ola-ola ona belə etinasız, yetim münasibəti göstərməsi camiəyə qarşı haqsızlıqdı. Bu adam 3 ildi klubdan əlini çəkib, ancaq başqalarına da kömək etməyə imkan vermir. Bu, artıq sirr deyil: Mənsimova azı 2-3 dəfə müxtəlif adamlar, qurumlar klubu "təhvil" verməyi təklif ediblər. O isə fərqli və bəzən absurd bəhanələrlə "yox" deyib. 

Bəli, bir tərəfdən insanı başa düşmək olar ki, bu qədər əziyyət çəkib, pul yatırıb və klubu kiməsə belə rahat vermək istəmir. Ancaq durum başqadı axı... 2004-cü ildə, sonrakı 3-5 ildə "Xəzər Lənkəran" Mənsimovun klubu idi, sonrakı vaxtlarda isə daha çox Cənub regionunun milli sərvətinə çevrildi. Artıq Mübariz bəy hər qərar verəndə ümumi regionu nəzərə almağa borclu idi. Bu isə məsuliyyət, hesablaşma, qarşılıqlı hörmət, səbr tələb edir. Görünən odu ki, Mənsimov bunu istəmir. Klub göz görə-görə məhv olur, ancaq yiyəsi onu daha etibarlı əllərə keçməsinə razılaşmır, ölümünə razılaşır. Bu, yolverilməzdi. Bu göstərir ki, adam klubu, onun böyük camiəsini sevmir. Sevsəydi, belə etməzdi. Yeganə çıxış yolu klubun "əl dəyişməsi", başqa sahibin rəhbərliyi altına keçməsidi. Bu baş verməsə, "Fırtınala meydanı" boş qalacaq. Bunu isə təsəvvür belə etmək mənə ağır gəlir..."

"Mübariz Mənsimov bilərəkdən klubdan əlini çəkdi, pul xərcləmək istəmədi"


Vüsal Mahmudov (Futbolinfo.az): "Xəzər Lənkəran" Premyer Liqadan getməyi özü istədi və buna nail oldu. Mübariz Mənsimov bilərəkdən klubdan əlini çəkdi, futbola pul xərcləmək istəmədi və nəticə də məlumdu. Son oyunda kluba qarşı böyük haqsızlıq oldu və onlar da bundan bəhanə kimi yararlandılar, ictimaiyyəti aldatmağa çalışdılar. Guya ki, həmin oyunda qələbə nəyi dəyişəcəkdi? Bu, yalnız azarkeşləri çaşdırmaq üçün ələ düşən unikal fürsət idi. Klubun milyon dollardan çox borcu var, lisenziya ala bilmir, hətta divizionda oynaması da mümkünsüzdü. Bütün bunları isə rəhbərlik özü istədi. 

İndi AFFA-nın onları çətin vəziyyətdə qoyduğunu bəhanə edirlər. Halbuki bütün günahlar bu problemləri üst-üstə yığan rəhbərlikdi. Klub 10 ildən çoxdu yalnız boşuna pul xərcləyir, klubu eyni adamlar və həmişə də yanlış idarə edirlər. Az qala hər transfer qalmaqalla müşaiyət olunur. Bütün bunları görən, amma problemi yoluna qoymayan Mübariz Mənsimovdu. Deməli, günahı başqasında axtarmağa dəyməz. Son günlər verillən açıqlamalar isə söz yığınıdı. Sadəcə, dövlətin idmana qayğı siyasətinə dəstəyi davam etdirmək istəmədilər. Birbaşa geri çəkilməyə ehtiyat edirlər, çünki mənsiovlar gözdən düşə bilər. Ona görə də bəhanəylə, qalmaqalla özlərini guya qərəzə uğramış kimi göstərmək istəyirlər".

"Günahkar nə AFFA, nə PFL, nə Hakimlər Komitəsi, nə də "Qarabağ"la "Rəvan"dı..."


Səbuhi Musayev (Qaynarinfo.az): "Xəzər Lənkəran"ın bu duruma düşməsində 1 nömrəli günahkar nə AFFA, nə PFL, nə Hakimlər Komitəsi, nə də "Qarabağ"la "Rəvan"dı. Əsas günahkarlar klub idarəçiləri olan Mais Mənsimovla Tuyqun Nadirov da deyil. Klubun bu günə düşməsində bir nömrəli günahkar Mübariz Mənsimovdur. Onun klubu futboldan zərrə qədər də anlayışı olmayan qardaşına tapşırmasının bir nəticəsidir bütün bu proseslər. 

Siz hakim qərəzini, filanını boş verin. "Xəzər Lənkəran"ın taleyi "Rəvan" kimi perspektiv vəd etməyən klubdan asılı hala düşəcəkdisə, bunun günahını AFFA-nın yox, durumu bu vəziyyətə gətirən, 6 milyon dollar borcun yaranmasına səbəb olan rəhbərliyin ayağına yazmaq lazımdır. Baxın, həmişə hakim haqsızlığından danışan klub rəhbərliyi niyə dilinə su alıb durub?! Çıxıb desinlər ki, Qurban Qurbanov ikinci heyəti "Rəvan" önünə buraxmamalı idi və ya Ramil Diniyev bizə qarşı qərəzli idi. Ancaq klubun mətbuat xidmətindən başqa, heç kim dillənmir. Çünki ictimaiyyət içərisinə çıxıb narazılıq bildiriləceyi halda, ilk sual belə olacaq: siz bu durumadək klubun ayağına yazılan borcların yaranmasına səbəbkar deyilsinizmi? Düşünürəm ki, klub bundan sonra Bakı kimi I dəstədə çıxışını davam etdirməli, ən əsası akademiyasının fəaliyyətinə daha çox diqqət ayırmalıdır. Klubun dirçəlməsi üçün rəhbərlik strukturunda ciddi dəyişiklik olmalıdır, futbolu bilən şəxslər iş başına gətirilməlidir. Bax o zaman, biz yenidən bu klubu Premyer Liqada görə bilərik. Əks halda, yaxşı gələcək gözlənilmir.."

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X