"İnter" "Sumqayıt"ın iki üzvünü transfer edir. Fanat.az xəbər verir ki, Bakı klubu Ağabala Ramazanov və Slavik Alxasovla anlaşıb.
"İnter"lə Ramazanov arasında anlaşma hələ bir müddət əvvəl əldə olunmuşdu. Alxasovla danışıqlar isə bu günlərdə yekunlaşıb. Hər iki futbolçu yaxın günlərdə rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, əvvəllər "Neftçi" və "Xəzər Lənkəran"da çıxış etmiş Ağabala cari mövsümdə "Sumqayıt"ın heyətində 36 rəsmi oyuna çıxıb və 5 qol vurub. 2013/14 mövsümündə "Xəzər Lənkəran"da oynamış Slavik isə bu mövsüm meydana çıxdığı 37 matçda bir dəfə fərqlənib.
Fanat.az