"İnter"in "Sumqayıt"dan Ağabala Ramazanovla Slavik Alxasovla anlaşması barədə məlumat vermişidik. Fanat.az xəbər verir ki, bank klubu daha bir neçə futbolçu ilə razılığa gəlib.
Bunlardan biri Samir Zərgərovdu. "Qəbələ"də heyətə düşməkdə çətinlik çəkən futbolçu bölgə klubundan ayrılıb və sabiq komandası "İnter"ə dönüb.
"Bankirlər" Tərlan Quliyevlə də anlaşıb. Müqavilə ilə "Qarabağ"a müxsus olan gənc futbolçu 2015/16 mövsümünü icarə əsasında "Kəpəz"də keçirib. "Qarabağ"a dönə bilməyəcəyini anlayan Tərlan "İnter"lə razılaşıb.
Bakı klubunun növbəti hədəfi Səlahət Ağayevdi. Belə ki, "İnter" Georgi Lomaya və Elşən Poladovla yollarını ayırıb, Kamran Ağayevin isə müqaviləsi başa çatıb, komandanı tərk edəcəyi gözlənilir. Buna görə də "İnter" rəhbərliyi "Sumqayıt"dan ayrılacağı gözlənilən Səlahətlə danışıqlara başlayıb. "Neftçi"nin də hədəfində olan qolkiperin sabiq komandasına dönmək ehtimalı böyükdür.
Fanat.az