Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 36-cı turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.
Topaz Premyer Liqasının XXXVI turunun “İnter” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XXXVI turunun “Kəpəz” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 75, və 85-ci dəqiqələrində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XXXVI turunun “Rəvan” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 73-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
Oyunun 78-ci dəqiqəsində “Rəvan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
Oyunun 83-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun rəsmisi Elvar Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunub.
“Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 80-cı dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
Oyunun 83-cü dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Seymur Rəhimov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunub.
Fanat.az