Mövsüm bitən kimi heyətində saxlamaq istədiyi futbolçularla danışıqlara başlayan və artıq bir neçə transfer edən "İnter" daha 4 futbolçu ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, "bankirlər" komandanın formasını geyinən həmin oyunçuları heyətdə saxlamaq qərarına gəlib.
Belə ki, "İnter" rəhbərliyinin Abbas Hüseynov, İlkin Qırtımov, Mirsahib Abbasov və Denis Silva ilə razılıq əldə edib. Abbasla İlkin artıq bir illik müqavilə imzalayıb. Mirsahiblə Denis isə yaxın günlərdə eyni müddəti əhatə edən anlaşmanı imzalayacaq.
Qeyd edək ki, "İnter" bundan əvvəl Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov, Nizami Hacıyev və Elnur Abdullayevlə yeni müqavilə imzalanmışdı.
Klub rəhbərliyi həmçinin "Sumqayıt"dan Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, "Qəbələ"dən Samir Zərgərov və "Qarabağ"dan Tərlan Quliyevlə anlaşma əldə edib.
Fanat.az