"Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilov karyerasını "Sumqayıt"da davam etdirə bilər. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi 29 yaşlı futbolçunun xidmətində maraqlıdı.
Hazırda tərəflər arasında danışıqlar gedir. Rəsmi müqavilənin yaxın günlərdə imzalanması gözlənilir.
Qeyd edək ki, 2010-2011-ci illərdə "Xəzər Lənkəran"da çıxış edən Tural 2013-cü komandaya dönüb. Cari mövsümdə 38 rəsmi matça çıxan yarımmüdafiəçi 3379 dəqiqə meydanda olub. O, "Xəzər Lənkəran"dan başqa "Ədliyyə", "Gənclərbirliyi", "Simurq" və "Rəvan"da çıxış edən Cəlilov milli komandada 4 oyun keçirib.
Fanat.az