Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Fanat.az xəbər verir ki, yarımfinalda "İnter"i udan "Qarabağ" "Qəbələ"ni mübarizədən kənarlaşdıran "Neftçi"ni sınağa çəkəcək.
Bu komandalar arasında ardıcıl 2-ci final olacaq. Ötən mövsüm Qəbələdə keçirilən həlledici matçda "Qarabağ" rəqibini 3:1 hesabı ilə yenmişdi. "Qarabağ"dan Reynaldo Silvanın dubluna, Muarem Muaremin bir qoluna "Neftçi"dən Ernest Nfor cavab vermişdi.
Ümumilikdə isə əzəli rəqiblər finalda üçüncü dəfə üz-üzə gələcək. Komandaların ilk dueli 1995/96 mövsümündə baş tutub. Həmin vaxt "Neftçi" Yunis Hüseynov dublu, Vidadi Rzayevin bir qolu sayəsində "Qarabağ"ı darmadağın etmişdi.
"Neftçi" 11-ci dəfə finala çıxıb. Bundan əvvəl 7 dəfə kubokun qalibi olan, 3 dəfə həlledici matçda uduzan "ağ-qaralar" turnirin rekordçusu hesab olunur. Paytaxt klubundan sonra finala ən çox çıxan komanda "Qarabağ"dı. 7 dəfə bu şansı qazanan Ağdam klubu 4 halda qızıl medallara sahib çıxıb. "Qarabağ" kimi 4 dəfə kuboku başı üzərinə qaldıran "Kəpəz" heç vaxt finalda uduzmayıb.
"Xəzər Lənkəran" 6 finaldan 3-nün qalibi olub. Lənkəranlılarla eyni sayda kubok qazanan "Bakı" isə buna 3 cəhddə nail olub. "İnşaatçı" (Bakı) və "Şəfa" 1 dəfə finala çıxaraq qalib adını qazanıblar.
"İnter" 4, "Şəmkir" 3, "Kür" 2, "Qəbələ", "İnşaatçı" (Sabirabad), "Xəzri" (Buzovna), "Karvan" və "MKT-Araz" 1 dəfə finala çıxsa da, qalib gələ bilməyib.
"Neftçi" həm də kubok seriyasını davam etdirir. Belə ki, Bakı klubu ardıcıl 5-ci dəfə finala çıxıb. Son 4 mövsümdə 2 kubok qazanan "ağ-qaralar" iki halda ikinciliklə kifayətlənib.
1992 İnşaatçı (Bakı) - Kür 2:1 (əlavə vaxtda)
Qollar: İlham Əliyev, 27; 101 - Mehman Baxşıyev, 83.
Tofiq Bəhramov adına Respublika stadionu.
1993 Qarabağ - İnşaatçı (Sabirabad) 1:0 (əlavə vaxtda)
Qol: Müşiq Hüseynov, 97.
Tofiq Bəhramov adına Respublika stadionu.
1993/94 Kəpəz - Xəzər Lənkəran 2:0
Qollar: Ceyhun Tanrıverdiyev, 31. Fazil Pərvərov, 62.
Tofiq Bəhramov adına Respublika stadionu.
1994/95 Neftçi - Kür 1:0
Qol: Yunis Hüsnyov, 78.
Tofiq Bəhramov adına Respublika stadionu.
1995/96 Neftçi - Qarabağ 3:0
Qollar: Yunis Hüseynov, 11; 81. Vidadi Rzayev, 78.
Tofiq Bəhramov adına Respublika stadionu.
1996/97 Kəpəz - Xəzri Buzovna 1:0
Qol: Xaliq Mərdanov, 44.
Tofiq Bəhramov adına Respublika stadionu.
1997/98 Kəpəz - Qarabağ 2:0
Qollar: Badri Kvaratsxili, 21. Vasif Vəliyev, 52.
Tofiq Bəhramov adına Respublika stadionu.
1998/99 Neftçi - Şəmkir 0:0 (penalti - 5:4)
Tofiq Bəhramov adına Respublika stadionu.
1999/00 Kəpəz - Qarabağ 2:1
Qollar: Ramiz Məmmədov, 53. Rövşən Əhmədov, 69 - Bəhram Şahquliyev, 90.
Tofiq Bəhramov adına Respublika stadionu.
2000/01 Şəfa - Neftçi 2:1
Qollar: Ramiz Məmmədov, 8. Emin İmaməliyev, 85 - Samir Əliyev, 23.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
2001/02 Neftçi - Şəmkir 3:0
("Şəmkir" 84-cü dəqiqədə meydanı tərk etdiyindən "Neftçi"yə texniki qələbə verilib)
Tofiq Bəhramov adına Respublika stadionu.
2003/04 Neftçi - Şəmkir 1:0 (əlavə vaxtda)
Qol: Samir Abbasov, 104.
Tofiq Bəhramov adına Respublika stadionu.
2004/05 Bakı - İnter 2:1 (əlavə vaxtda)
Qollar: Leandro Qomes, 5. Andre Ladaqa, 114 - Vladimir Makovski, 52.
Tofiq Bəhramov adına Respublika stadionu.
2005/06 Qarabağ - Karvan 2:1
Qollar: Vasif Haqverdiyev, 45. Samir Musayev, 87 - Roman Axalkatsi, 1.
"Şəfa" stadionu.
2006/07 Xəzər Lənkəran - MKT-Araz 1:0
Qol: Rəşad Kərimov, 90.
Tofiq Bəhramov adına Respublika stadionu.
2007/08 Xəzər Lənkəran - İnter 2:0 (əlavə vaxtda)
Qollar: Juninyo, 115; 118.
Tofiq Bəhramov adına Respublika stadionu.
2008/09 Qarabağ - İnter 1:0
Qol: Vaqif Cavadov, 57.
Tofiq Bəhramov adına Respublika stadionu.
2009/10 Bakı - Xəzər Lənkəran 2:1 (əlavə vaxtda)
Qollar: Vyaçeslav Sofroni, 93. Aleksandar Soliç, 103 - Elvin Beqiri, 120.
Tofiq Bəhramov adına Respublika stadionu.
2010/11 Xəzər Lənkəran - İnter 1:1 (penalti - 4:2)
Qollar: Uinston Parks, 91 - Girts Kalonas, 100.
Tofiq Bəhramov adına Respublika stadionu.
2011/12 Bakı - Neftçi 2:0
Qollar: Koke, 8. Yuninyo, 27.
"Dalğa Arena".
2012/13 Neftçi - Xəzər Lənkəran 0:0 (penalti - 5:3)
Tofiq Bəhramov adına Respublika stadionu.
2013/14 Neftçi - Qəbələ 1:1 (penalti - 3:2)
Qollar: Samir Məsimov, 52 - Marat İzmayılov, 71.
Tofiq Bəhramov adına Respublika stadionu.
2014/15 Qarabağ - Neftçi 3:1
Qollar: Reynaldo, 5; 39. Muarem Muarem, 85 - Ernest Nfor, 77.
Qəbələ şəhər stadionu.
Fanat.az