Sumqayıt Texnologiyalar Parkına (STP) yeni mətbuat xidməti təyin olunub. "Report"un məlumatına görə, bu vəzifəyə Rüstəm Əbülfət oğlu Allahverdiyev təyin edilib.
Məlumata görə, KİV-lə əlaqələri möhkəmləndirmək, texnoparkda baş verən yeniliklər barəsində ictimaiyyətə düzgün və vaxtında informasiya vermək üçün idarə Aparatın tərkibində mətbuat xidməti yaradılıb.
Qeyd edək ki, Rüstəm Allahverdiyev 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 2010-2014-cü illərdə həmin universitetin Hüquq fakültəsində ikinci ali təhsil alıb.
İndiyədək müxtəlif qəzetlərdə müxbir, dövlət və özəl müəssisələrin mətbuat xidmətlərində işləyib. "Simruq" klubu dağılana qədər mətbuat xidmətinin rəhbəri olub. (Report)
Fanat.az