Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayevlə yollarını ayıran "Sumqayıt" "Qarabağ"da çıxış edən Fərhad Vəliyevlə anlaşıb. Fanat.az xəbər verir ki, bu barədə "Report"a "Sumqayıt" klubundan məlumat verilib.
Məlumata görə, artıq 36 yaşlı əlcək sahibi ilə anlaşma əldə olunub və həftə ərzində 1 illik müqaviləyə imza atılacaq. Hazırda milli komandanın heyətində Avstriyada təlim-məşq toplanışında olan Səlahət Ağayev isə paytaxta qayıtdıqdan sonra "İnter"lə müqavilə imzalayacaq.
Xatırladaq ki, Fanat.az bir müddət əvvəl Fərhad Vəliyevin mövsümün sonunda "Qarabağ"ı tərk edəcəyi barədə xəbər yaymışdı.
Fanat.az