Daha bir futbolçu "Qəbələ"dən ayrılıb. Fanat.az xəbər verir ki, bölgə klubu Ruslan Abışovla vidalaşıb.
Ruslanın müqaviləsi başa çatıb. Klub rəhbərliyi ona yeni müqavilə təklif etsə də, qəbul etməyib. Abışov karyerasını Bakı klublarından birində davam etdirəcək.
Ruslan Abışov başa çatan mövsümdə "Qəbələ"nin heyətində 19 rəsmi oyuna çıxıb və bir qol vurub.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Samir Zərgərov, Ermin Zets, Arif Daşdəmirov, Aleksey Qay və Dodo illə yollarını ayırıb, Dmitri Bezotosnı, Rəşad Sadiqov və Asif Məmmədovla yeni müqavilə imzalayıb.
Fanat.az