Bakı "İnter"i 6 futbolçunun transferini açıqlayıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Ağabala Ramazanov, Pərdis Fərcad-Azad, Səlahət Ağayev, Slavik Alxasov (hamısı "Sumqayıt"), Samir Zərgərovla (Qəbələ) və Tərlan Quliyevlə (Qarabağ) müqavilə imzalanıb. Anlaşmaların müddəti açıqlanmayıb.
"İnter" həmçinin İlkin Qırtımov, Denis Silva, Abbas Hüseynov, Elnur Abdullayev və Rauf Əliyevin müqaviləsinin artırıldığını elan edib. Klub bundan əvvəl Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov və Nizami Hacıyevlə yeni müqavilə imzalamışdı.
Qeyd edək ki, "İnter" Kamran Ağayev, Elşən Poladov, Laşa Kasradze, Laşa Salukvadze, Yuri Fomenko və Vüqar Nadirovla yollarını ayırıb. Klubun "Astra"dan Manuel Skarlatake ilə anlaşdığı deyilir.
Fanat.az