Ruslan Abışovun "Qəbələ"dən gedişi barədə xəbər vermişdik. Klub rəhbərliyi millinin üzvünə yeni müqavilə təklif etsə də, razılaşmayıb. Səbəb isə Abışovun karyerasını Bakı klublarında davam etdirmək istəyidi.
Fanat.az xəbər verir ki, artıq Ruslanın yeni klubu müəyyənləşib. Futbolçu karyerasını "İnter"də davam etdirmək qərarına gəlib. Tərəflər arasında bütün məsələlər razılaşdırılıb və hazırda millinin Avstriya toplanışında olan Abışov Bakıya dönən kimi müqavilə imzalanacaq.
Qeyd edək ki, Ruslan Abışov karyerası ərzində "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ" və "Rubin"də (Rusiya) çıxış edib.
Fanat.az