17:31 28.05.2016 429

Heydər Əliyev Kubokunu "Neftçala" qazandı

Mayın 25-də Naxçıvan Muxtar Respublika Stadionunda start götürən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turniri başa çatıb. 

Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Futbol Federasiyasının və Azərbaycan Peşəkar Futbol Liqası birgə keçirdikləri turnirdə 4 komanda mübarizə aparıb. 

Azərbaycan I divizionunun qalibi “Neftçala”, həmçinin bu liqada çıxış edən MOİK, “Şərurspor” və “Araz-Naxçıvan” komandaları turnirdə birinclik uğrunda meydana çıxıblar. Mayın ayının 25-də keçirilən ilk görüşlərdə meydana “Araz-Naxçıvan” və “Neftçala” komandaları çıxıb. Görüş Neftçala təmsilçisinin 3:0 hesbalı qələbəsi ilə başa çatıb. Digər görüşdə isə “Şərurspor” və MOİK komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı heç-heçə (2:2) başa çatdığından qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirilib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən MOİK futbolçuları (1:3-pen) finala yüksəliblər. 

Mayın 27-də keçirilən üçüncülük oyununda “Araz-Naxçıvan” “Şərurspor”la üz-üzə gəlib. Hesabda 2:0 öndə olmasına baxmayaraq, “qırmızı-ağlar” bu üstünlüklərini sonadək qoruya bilməyiblər. Oyunda “status-kvo”nu bərpa edən “Şərurspor” penalti zərbələrini daha dəqiq yerinə yetirərək (3:4) turnirin bürünc medalını qazanıb. Final görüşündə isə MOİK və “Neftçala” qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Bu qələbə nəticəsində turnirin qalibi adını “Neftçala” qazanıb. 

Turnirin ən məhsuldar futbolçusu isə qalib komandanın hücumçusu Məhəmməd Alıyev olub. “Ən yaxşı futbolçu” nominasiyasında isə “Araz-Naxçıvan”ın müdafiəçisi Vüsal Abdullayev fərqlənib. Sonda qalib komandalar mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev və Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim ediblər.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X