İspaniya La Liqasında IV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, turun ilk oyun günündə 4 qarşılaşma baş tutub.
"Atletiko" doğma meydandan "Almeriya" ilə qarşılaşıb. Türkiyəli futbolçu Arda Turanın da şərəfini qorudğu madridlilər 4:2 hesablı qələbə qazanıb. "Barselona" isə azarkeşləri önündə "Sevilya"nı sınağa çəkib. Kataloniyalılar sonuncu dəqiqədə vurduğu qolla aktivin 3 xal yaza bilib - 3:2. "Real" isə "Vilyareal"ın qonağı olub. Futbol ictimaiyyətinin böyük maraqla gözlədiyi Beyl və Ronaldo cütlüyü də komandasına qələbə qazandıra bilməyib. Hər iki futbolçu hərəyə bir qol vursa da, "kral" klubu qələbə hesabını qoruy bilməyib - 2:2. Digər bir oyunda isə "Levante" "Real Sos."ı qəbul edib və oyunda hesab açılmayıb.
Qeyd edək ki, IV tura bu gün və sabah keçiriləcək oyunlarla yekun vurulacaq.
Fanat.az