18:07 01.06.2016 741

Roman Qriqorçukdan "Qarabağ" etirafı - MÜSAHİBƏ

"Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk ölkəsinin "Sport-Ekspress" nəşrinin əməkdaşı Mixail Spivakovskiyə geniş müsahibə verib. Fanat.az müsahibənin Azərbaycanla bağlı olan hissəsindən maraqlı yerlərini ixtisarla təqdim edir. 


- Bəzən deyirlər ki, yeni klubda 2-ci mövsüm paraşütçünün 2-ci tullanışı kimi birincidən daha çətin olur. Sizin situasiyanızda bu müqayisə düzgündür?

- Başa çatan mövsüm asan olmadı, bu dəqiqdir. Hansısa mərhələdə onu 2 hissəyə bölmək olar. Ötən yay biz Avroliqada 4 təsnifat mərhələsi keçdik və qrupa düşdük. Deyə bilərəm ki, onda maliyyə baxımından hər şey qaydasında idi. 2-ci hissəni Azərbaycan çempionatının özünü adlandırardım. Orda bizim üçün çox çətin keçdi. Hətta düşünürəm ki, məşqçi olaraq mənim üçün bu yəqin ki, karyeramda ən çətin an idi.


- 1 il əvvəl siz də, klub rəhbərliyi də etiraf etmişdiz ki, III yer fəxr olunmaq üçün səbəb deyil və siz daha çox qlobal inkişafa çalışırsız. İndi isə siz klubun tarixində ən yüksək yer sayılan bürünc medalları yenidən qazandız. Bu, sevinə bilmək üçün sabitlik nişanəsidir, yoxsa bir az məyus edən hansısa müvəqqəti böhrandır?

- Məyus olmaqdan söhbət gedə bilməz. Ümumiyyətlə, mən daha çox bu yekunun qiymətləndirilməsində bütün neqativlikləri uzaqlaşdırardım. Allaha qəzəblənməyə dəyməz, əksinə, şükür etmək lazımdır ki, bunları etməyə imkan verib. Bu nəticəni yaxşı kimi xarakterizə etmək olar. Əlbəttə ki, biz "Qarabağ"la mübarizəyə bütün diqqətimizi ayırmışdıq və I yeri tutmağa çalışırdıq. Biz bunu açıq şəkildə deyirdik.


- Bəs bu niyə alınmadı?

- Mənə elə gəlir ki, insanlar hansısa yüksək ideyalara malik olmalı və ambisiyalı məqsədləri qarşısına qoymalıdır. Biz başa düşürük ki, Azərbaycan çempionu hazırda bizdən güclüdür və I yeri layiqlə tutub. "Qarabağ"la 1-2 oyunumuz istisna olmaqla, qalan uduzduğumuz matçlarda "Qəbələ" qələbə qazana bilərdi. Çempionatda 1 xroniki problemimiz şanslarımızın icrasının zəifliyidir. Çox oyunlarda biz böyük üstünlüyə malik olmuşuq, lakin qol şanslarımızdan istifadə edə bilməmişik. Məhz bu səbəbdən biz çox xal itirdik. Açıq deyirəm, bizim 10 qol şansından yararlana bilmədiyimiz matçlarımız oldu!


- Necə hesab edirsiz, "Qarabağ"ın hegemonluğu nə ilə bağlıdır? Demək olarmı ki, artıq bir neçə ildir, bu klub bütün sahələrdə inkişaf edir?

- Bu bizim əsas rəqibimizdir. Mən "Qarabağ" haqda yaxşı yox, əla danışa bilərəm. Düşünürəm ki, bu komanda Çempionlar Liqasına düşməyə çox yaxındır. Bunu çox səmimi şəkildə arzulayıram.


- Bilirəm ki, siz "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova çox hörmət edirsiz. Bakı "İnter"i ilə matçda o öz oyunçusuna rəqibin qapısına mübahisəli penaltini vurmamağı tapşırmışdı. Bu hərəkəti sizin ona hörmətinizi artırdı?

- Mən bu haqda o vaxt da demişdim və indi də təkrarlayıram. O, böyük məşqçidir və əla insandır. Onun xeyirxah addımı ona görə məni təəccübləndirmədi. Çox şadam ki, bu insanla bizim aramızda xoş münasibətlər var və biz istənilən an zəngləşib istənilən mövzuda danışa bilərik.


- "Qəbələ"nin Avroliqaya düşməsini 1 il əvvəl siz fantastika kimi adlandırmışdız. Demək olarmı ki, qrupda bu janr zəif çıxışınıza səbəb oldu?

- Niyə ki... Mən qrupdakı çıxışımızı olduqca layiqli qiymətləndirirəm. Siz özünüz əla bilirsiz ki, biz Dortmund "Borussiya"sı ilə fərqli yerlərdəyik. Bununla belə, bu möhkəm maşını ev oyunumuzda 3-4 dəfə məyus etmək imkanımız oldu. Aydındır ki, yekunda 1:3 uduzduq. Ancaq oyun keyfiyyətimiz yüksək idi. Bunu "Krasnodar"la 1:2 uduzduğumuz səfər oyununa da aid etmək olar. O bizim mövsümdə ən yaxşı oyunlarımızdan biri idi. PAOK-u isə nə evdə, nə də səfərdə yenə bilmədik. Ancaq yaxşı təcrübə topladıq.


- Demək olarmı ki, yunanlar sizə çox ciddi yanaşdılar? Çünki Avroliqanın əvvəlki mərhələsində siz "Panatinaikos"u sıradan çıxartmışdız...

- Bilmirəm, onlar hansı yanaşma bizə qarşı meydana çıxdılar. Ancaq PAOK-un oyunçu və məşqçiləri "Qəbələ"yə qarşı tamamilə ciddi və hörmətcil idilər. Onlar "Panatinaikos"un səviyyəsini yaxşı bilirdilər və başa düşürdülər ki, belə klubu məğlub etmiş komanda zəif ola bilməz.


- Apreldə siz tez-tez hakim səhvlərindən danışırdız. Necə düşünürsüz, bu təsadüf idi, yoxsa doğrudan da sizin komandaya kimsə mane olmağa çalışırdı?

- Mən nəzəriyyə açmaq istəməzdim və belə şeylərə adi yanaşıram. Hakimlər də insandır, səhvlərə yol verirlər. Ancaq pis onda idi ki, bütün mövsüm boyu biz onların səhvindən əziyyət çəkdik və xallar itirdik. Hər şeydən öncə səmimi şəkildə hesab edirəm ki, Azərbaycanın yaxşı hakimləri yüksək səviyyədədir və onlar çox səviyyəli iş görməyi bacarırlar.


- "Rəvan"la matçda siz texniki zonadan qovulduz. Əvvəllər belə bir şey başınıza gəlmişdi?

- "Çernomorets"də 1 dəfə olub, "İlyiçevets"lə oyunda. Azərbaycanda isə bunadək olmamışdı və ümid edirəm ki, bundan sonra da olmayacaq. Hakim hesab etdi ki, texniki zona xəttini keçmişəm. Ona görə ona etirazım yoxdur. Cəzamı alıb onu çəkdim.


- Yerli mətbuatın təzyiq etdiyi Aleksey Antonov optimal formasını yığa bildi?

- O, avrokuboklara başladı və komandanın Avroliqada qrupa düşməsinə kömək etdi. Fikrimcə, bu mərhələdə o, yaxşı formasına yaxın oldu. Ancaq Premyer Liqanın payız bölümündə ciddi zədə aldı ki, onun bərpa olunması çətin idi. Zədədən qayıtdıqdan sonra Antonov ümumi komandaya asan qoşulmadı.


- Azərbaycan pasportu olan Pavel Paşayevin situasiyasına aydınlıq gətirə bilərdiz? Meydana nadir hallarda çıxmasını nəzərə alaraq, bəzi jurnalistlər belə bir versiya irəli sürdülər ki, onu "Qəbələ"yə sizin razılığınız olmadan dəvət ediblər...

- Siz isə düşünürsüz ki, peşəkar klubda bu mümkündür? Komandaya baş məşqçinin razılığı olmadan necə futbolçu dəvət etmək olar?.. Biz heyətlə bağlı problem yaranmışdı. Biz Rikardinyonu mərkəzə keçirməyi düşünürdük. Ona görə Paşayevi dəvət etmişdik və hesab edirəm ki, Pavel bizim cinah müdafiəsi mövqeyimizdə rəqabət səviyyəsini artırmağa kömək etdi. Onun komandaya cəlb olunmasının səhv adlandıra bilmərəm.


- Sizi mövsümün sonunda istefaya səsləyən "Qəbələ" fanatlarının hərəkəti təəccübləndirmədi?

- Mən gözəl başa düşürəm ki, bu bizim klubun azarkeşlərinin fikri deyildi. Mən klub fanatlarına böyük sevgi ilə yanaşıram. Çünki xatırlayıram ki, onlar bizi Qəbələ və Bakıdakı avrokubok matçlarında dəstəkləyib. Ona görə siz onların ünvanına bir pis söz məndən eşitməssiz.


- Sizin haqda internetdə yazılan ən gülməli şey nə idi?

- Antonovun mənim həyat yoldaşımın qohumu olması. Bunu necə şərh etmək olar axı? Sadəcə gülümsəmək və dərhal bunu unutmaq lazımdır. Amma belə hallar istisnadır. Ümumilikdə Azərbaycanda jurnalistlər yüksək peşəkar səviyyədədir, öz nəşrlərində keyfiyyətli işləyirlər və onlardan çoxu ilə yaxşı münasibətlərim var.


- Yerli KİV 2015-ci ildə sizi Azərbaycanın ən yaxşı məşqçisi adlandırmışdı...

- Bəli, elədir. Fürsətdən istifadə edib, bir daha bu titula görə təşəkkür edirəm. Jurnalistlərsiz futbol mümkünsüzdür.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X