Məlum olduğu kimi, millimizin sabiq hücumçusu Pərdis Fərcad-Azadın Almaniyada 4 il əvvəlki porno videosunun olduğu aşkara çıxıb. Belə ki, videoda onun və Sebastian adlı bir şəxsin Qina-Liza Lohfink adlı alman modeli ilə cinsi əlaqədə olduğu görünür. Sonradan Lohfink məhkəməyə müraciət edərək hər 2 şəxsi onu zorlamaqda ittiham edib.
Qeyd edək ki, yarı fars, yarı cənubi azərbaycanlı olan Pərdis Fərcad-Azad Almaniyada doğulub. O, 2012-ci ildə AFFA seleksionerləri tərəfindən "Sumqayıt" klubuna "gətirilib". Daha sonra Pərdis millidə də 5 dəfə forma geyinib. 28 yaşlı hücumçu yenicə Bakının "İnter" klubuna transfer olunub.
Qaynarinfo.az bununla bağlı "İnter"in prezidenti Rəşad Qasımovun fikirlərini öyrənib.
Qasımov futbolçunu klubdan qovmaq niyyətlərinin olmadığını bildirdi: "Bu məsələ 4 il əvvəlindir. Mənə maraqlıdır ki, indiyədək o, "Sumqayıt"da çıxış edərkən bu məsələ üzə çıxmadı, indi bilərəkdən kimlərinsə, hansısa saytın qərəzinə görə üzə çıxarıldı. Çünki o, "İnter"də oynayır? Mən bu məsələ ilə bağlı araşdırma aparmağa lüzum görmürəm. Necə olur ki, məhkəmə olur və o məhkəməyə futbolçunun özü çağırılmır? Əgər məhkəmə hökm oxuyarsa və futbolçunu təqsirli bilərsə, o zaman bu haqda düşünmək olar. İndiki halda isə onu komandadan qovmaqdan söhbət gedə bilməz".
Fanat.az