Vaqif Cavadov "Sumqayıt" daha bir futbolçu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, söhbət Vaqif Cavadovdan gedir.
Əldə etdiyimiz məlumata görə, "kimyaçılar" millimizin üzvünə yeni müqavilə təklif etsə də, hücumçu bununla razılaşmayıb. O, karyerasını başqa klubda davam etdirmək niyyətindədi. Bizə verilən bilgiyə görə, Cavadov yenidən Türkiyəyə qayıdıb, legioner həyatı yaşamaq istəyir.
Qeyd edək ki, Cavadovla yanaşı, Ağabala Ramazanov, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Cəmil Hacıyev, Səlahət Ağayev, Tural Abbaszadə və Aleksandr Çertoqanov da növbəti mövsümdə "Sumqayıt"ın şərəfini qorumayacaq.
Fanat.az