12:45 09.06.2016 761

Tovuz futbolu AFFA-nın yadına niyə düşmür?

Son günlərin əsas müzakirə mövzularından biri növbəti mövsümdə Premyer Liqada neçə komandanın çıxış edəcəyidir.  “Xəzər-Lənkəran” və “Rəvan”ın məlum səbəblərdən elitadan kənarda qalması səbəbindən Premyer Liqada 8 komandanın çıxış edəcəyi bildirilsə də, daha bir neçə variantın reallaşması da mümkün görünür. 

Belə ki, I divizion komandalarından bəzilərinin elitaya yüksələcəyi də müzakirə olunur. Konkret olaraq, birinci dəstənin çempionu “Neftçala”, “Qaradağ Lökbatan”, “Zaqatala”, “Ağsu” kimi komandalar Premyer Liqada çıxış etmək iddiasındadırlar. Amma heç biri lisenziyalaşdırma prosesindən keçə bilməyiblər. Əslində bütün komandaların qarşısında duran başlıca problem maliyyə ilə bağlıdır. Lakin bu da son deyil. Məsələn Lisenziyalaşdırma qaydalarına uyğun olaraq Premyer Liqaya yüksəlmək istəyən klubun nəzdində U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17, U-19 əvəzedici və qızlardan ibarət komandaları olmalıdı. Və ya klub Premyer Liqa yarışlarının keçirilməsi üçün standartlara cavab verən stadiona və infrastruktura malik olmalıdı. Birinci dəstədə bu kriteriyalara cavab verəcək klub isə barmaqla sayılacaq qədərdi. 

Diqqət çəkən məqam Azərbaycanın futbol beşiyi olan Tovuzun adının anılmamasıdı. I dizivion komandaları arasında lisenziyalaşdırma çərçivəsində maliyyə problemindən başqa bütün standartlara cavab verən “Turan Tovuz”a dəstək olmaq istəyən yoxdu. Nəzdində 8 yaş qrupu üzrə komandası olan “Turan Tovuz”un son mövsümdə 4 yaş qrupu zona yarışlarını çempion kimi başa vurub, pley-off mərhələsini də uğurla adlayaraq final mərhələsinə vəsiqə qazanıb. Maliyyə sıxıntılarına baxmayaraq, uşaq futbol məktəbində çalışan müvafiq kateqoriyalara malik məşqilər və 150-dən çox yeniyetmə futbolçusu, standarlara cavab verən stadionu və bazası var. 5 futbolçusu müvafiq yaş qrupları üzrə milli komandalara dəvət alır. 

Millimizin son açıqlanan heyətində yer alan Elvin Məmmədov, Budaq Nəsirov, Cavid Tağıyev, Rəhman Hacıyev və Amil Yunanov da məhz Tovuz futbolunun yetirmələridilər. Premyer Liqada qalmaq uğrunda mübarizə apardıqda belə “Turan” Elvinləri, Vurğunları, Cavidləri qazandırıb ölkə futboluna. I divizion komandalarını müqayisə etdikdə kimin Premyer Liqada çıxış etməyə layiq olduğu məlum olur.   

Klublara hansısa güzəşt edilərək elitaya buraxılacaqsa, yuxarıda qeyd olunanların nəzərə alınmağı və futbolumuzun inkişafına xidmət edəcək kluba - “Turan Tovuz”a güzəşt olunması daha məqsədə uyğun olardı. “Kəpəz”in ötən il yüksək liqaya buraxılması bir daha sübut etdi ki, futbol bölgələrinin Premyer Liqada olması inkişafa çöx böyük təkandı. Yerli gənc futbolçuların üzə çıxmasıyla yanaşı, gəncəli azarkeşlərin hər oyunda tribunaları doldurması da qeyd olunmalı məqamlardandı. Tovuzda da daim futbola maraq olub və tribunalar hər zaman dolu olur. Elitaya yüksəlməklə rayonda futbola olan maraq daha da artacaq və uşaq futbol məktəbindəki yeniyetmələrin də sayı istər-istəməz artacaq. 

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 May 2025
22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

21:22

MPL: "Sumqayıt" "Səbail"i darmadağınla yola saldı

20:56

Minifutbol: Türkiyə Ukraynanı üstələdi

20:19

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri hazırlığa cəlb olunublar

19:47

Minifutbol: Dünya çempionundan sürpriz məğlubiyyət

19:18

Oliveyra titul döyüşündən öncə Topuriyaya meydan oxudu

Facebookdan bizi izləməyi unutmayın.
X