Gürcüstanın paytaxtı Tbilisi şəhərində əfsanəvi gürcü futbolçusu Kaxa Kaladzenin vida oyunu keçiriləcək.
Həmin matçda Kaxa Kaladzenin dostlarından ibarət komanda “Milan”nın əfsanəvi futbolçularına qarşı oynayacaq.
Qeyd edək ki, bu oyunda K.Kaladzenin dostları komandasında “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze də meydançaya çıxacaq.
Əlavə edək ki, K.Kaladzenin dostları komandası Kiyevin “Dinamo” və “İtaliyanın “Genua” klubunun keçmiş futbolçularından, eyni zamanda milli komanda yoldaşlarından və digər klublarda çıxış etmiş oyunçulardan ibarət olacaq.
“Milan”ın ulduzları komandasında Sebastyan Rossi, Zvonimir Boban, Serjinyo, Ruy Koşta, Federiko Cunti, Massimo Ambrozini, İbrahim Ba, Matye Flamini, Andrey Şevçenko, Filippo İndzaqi, Kristian Vieri, Alberto Cilardino meydançaya çıxacaqlar.
İdman24.az