Topaz Premyer Liqasında 2016/17 mövsümünə avqustun ilk həftəsində start veriləcək. Bu barədə Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov məlumat verib.
Onun sözlərinə görə, çempionatın təqvimi və püşkatma tarixi komanda sayı dəqiqləşdikdən sonra açıqlanacaq: "İyunun 13-də AFFA İcraiyyə Komitəsi komanda sayı ilə bağlı qərar verəcək. Püşkatma tarixini isə komanda sayı dəqiqləşəndən sonra deyə bilərik".
Yenə 10 komandalı 4 dövrədən ibarət çempionat olsa, 36 turu 2017-ci ilin mayınadək sığışdırmaq lazım gələcək. Bu isə təqvimdə müəyyən sıxlıqlar yarada, hətta qış fasiləsinin qısalmasına səbəb ola bilər. PFL rəsmisi isə narahatlığa əsas görməyib: "Təqvimlə bağlı heç bir problem yoxdu. O qədər belə çətin vəziyyətlərdən çıxmağı bacarmışıq ki... Narahat olmayın, yenə bacaracağıq. Təki komandaların sayı dəqiqləşsin".
Qeyd edək ki, avqustda ilk həftəsonu ayın 6-7-nə təsadüf edəcək. (sportnet.az)
Fanat.az