19:27 15.09.2013 690

Dəvətli qonaqların “muncuq oyunu” - GÜNDƏM

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun Berti Foqtsun sosial sığorta haqqı ödəmədiyini dilə gətirməsi ictimaiyyət tərəfindən həssaslıqla qarşılandı. Nə qədər qazandığı millətə məlum olmayan, gəliri xalqa açıqlanmayan almanın vergi haqda ümumiyyətlə düşünmədiyi bu açıqlamaya qədər də sirr deyildi. Sadəcə, DSMF sədri bəlli həqiqəti rəsmən təsdiqləməklə, məsələni gündəmə gətirdi. 


AFFA-dakıların xüsusi imtiyazlar verdiyi adam(lar)a ölkənin qanunlarına da dırnağarası baxmaq şəraiti yaratması üzücü həqiqətdi. Əslində, DSMF-nin nə demək olduğunu eşitməyən yalnız Foqts deyil. Yüzlərlə əcnəbi idmançı və məşqçi yerli federasiyaların yaratdığı belə imkandan faydalanır...


Söhbət konkret millinin çalışdırıcısından gedirsə, yığmaya 5 ildə qazandırdığı öz qazancıyla müqayisədə gülünc görünən birinin qeydiyyata düşməməsi birbaşa dövlətçilik ənənələrinə qarşı sayğısızlıqdı.


Dekabrda çantalarını toplamağa hazırlaşan dünya və Avropa çempionunu qanun maraqlandırmaya bilər. Ona mümkün qədər çox pul lazımdı, başqa heç nə... Ancaq məhz nüfuzu ilə seçilən məşhurlara ölkənin demokratik inkişaf yolu seçdiyini, Avropayla hər cəhətdən ayaqlaşmağa çalışdığını göstərməli olanların səhlənkarlığına baxıb təəssüflənməmək olmur. İkili mühasibat sənədləri ilə işləmək metodu sıravi vətəndaşların haqqının yeyilməsi anlamındadı. Bir halda ki, Azərbaycan mənbələrindən gəlir götürən bütün əcnəbi idmançılar sözügedən fondun “qayçısından keçməlidi”, deməli, foqtsların, lippertlərin, ştaynların “qopardığı tikəni bütöv udması” xalqa qarşı xəyanətdi. 


Müəllim, həkim, jurnalist, çilingər aylıq xərclərini qarşılamağa çatmayan maaşının bir hissəsiylə məcburi vidalaşırsa, gəlmələr hansı əsasla neftin pullarını qanunlarla hesablaşmadan “cibinə basmalıdı”? Əksinə, Azərbaycana və azərbaycanlılara “pullu hərif” gözüylə baxan əcnəbilər indiki qanunla nəzərdə tutlduğundan 2 dəfə artığını fondun “daxılına atmalıdı”. İndiki durumda legionerlərin axını orta əsrlərdə Amerika qitəsinə qızıl və boş torpaqlar dalınca yollanan avropalıları xatırladır. Hinduların başını ucuz, bər-bəzəkli muncuqlarla aldadıb qızılı daşıyan babalarından nəyi artıqdı ki? Məgər Foqtsun futbolumuzun inkişafına verdiyi xeyir muncuq dəyərində deyil? Yeganə fərq indiki avropalıların dəvətli qonaq statusu daşımasındadı ki, bu da lap pis...


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X