Türkiyə millisinin və "Barselona"nın futbolçusu Arda Turanın illik qazancı bəlli olub. Fanat.az xəbər verir ki, son olaraq ölkəsinin "Opet" şirkəti ilə reklam müqaviləsi imzalayan yarımmüdafiəçi bundan 700 min avro qazanıb.
Onun şirkətlə bağladığı müqavilənin müddəti 1 ildi. "Opet" də daxil olmaqla Arda buna qədər 10 fərqli firmanın reklamına çəkilib. Ki, bunların arasında "Bank of Azerbaijan" da var.
Qeyd edək ki, türkiyəli futbolçu "Barselona"da ilinə 8 milyon avro stabil maaş alır. Onun klubdakı mükafatları isə təxminən 3 milyon avroya bərabərdi. Ümumilikə isə təcrübəli yarımmüdafiəçinin ilinə 13 milyon avro qazandığı bildirilir.
Fanat.az