2016/17 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzalayıb.
Fanat.az xəbər verir ki, son olaraq "Xəzər Lənkəran"da çıxış etmiş Kamran Abdullazadə komanda ilə 1 illik sazişə imza atıb.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü futbolçu mütəmadi olaraq U-15, U-16, U-17 və U-19 milli komandaların şərəfini qoruyub.
Fanat.az