2016/17 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzalayıb.
Fanat.az xəbər verir ki, son olaraq "Rəvan"da çıxış etmiş Ruslan Tağızadə komandamızla 1 illik sazişə imza atıb.
Ruslan Tağızadə mütəmadi olaraq Azərbaycanın U-17, U-19 və U-21 millilərinin formalarını geyinib.
Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl "Qarabağ"dan Fərhad Vəliyevi və "Xəzər Lənkəran"dan Kamran Abdullazadəni heyətinə qatıb, icarə əsasında "Kəpəz"də oynayan Budaq Nəsirovu geri qaytarıb.
Fanat.az