"Avro-2016"nın D qrupu çərçivəsində keçirilən İspaniya - Türkiyə matçında ikincilərin kapitanı Arda Turan türkiyəli azarkeşlər tərəfindən fitə basıldı.
Sport7.az xəbər verir ki, türklərin bu addımından sonra ispan azarkeşlər Ardanı dəstəklədi.
Qarşılaşmadan sonra İspaniya millisinin ulduz futbolçsu Andres İnyesta da Ardaya dəstək olub. O, türk azarkeşlərin hərəkətindən məyus olduğunu bildirib: "Düzü, bu, məni çox məyus etdi. Ardanın ölkəsini nə qədər sevdiyini çox yaxşı bilirik. O, həqiqətən də keyfiyyətli insan, bacarıqlı futbolçudu. Oyunda görüşəndə Ardaya uğurlar arzuladım. Mənim komanda yoldaşımın uğur qazanmasını istəyirəm".
Qeyd edək ki, qarşılaşma 3:0 hesabı ilə İspaniya millisinin xeyrinə başa çatıb.
Fanat.az