Avropa çempionatında əvvəlcə Xorvatiyaya 0:1, ardınca İspaniyaya 0:3 hesabı ilə yenilən Türkiyə millisində işlər qaydasında getmir. Azarkeşlər və media həm futbolçulardan, həm də baş məşqçi Fatih Terimdən narazıdı. Bu isə komandadakı ümumi ab-havaya təsir edir.
Terimin təzyiqi qalxdı
Kürəkəni və qızlarının İspaniya matçı zamanı tribunada təhqir edilməsi Fatih Terimi özündən çıxardıb. Qarşılaşmadan sonra da "İmperator" ailəsinin sosial mediada hədəfə çevirilməsi baş məşqçini çətin durumda qoyub. Bütün bunlar Fatih Terimin təyziqinin qalxması ilə nəticələnib.
Arda Turan gərginliyi
Arda Turanın İspaniya matçında ayağına hər dəfə top gələn zaman fitə basılması da paltardəyişmə otağında futbolçuların gərgin anlar yaşaması ilə nəticələnib. Ardanın tribunalardan gələn bu etirazı haqq etmədiyini düşünən komanda yoldaşlarının üsyanı da komandanın daxilindəki vəziyyəti gərginləşdirib.
Terim gedəcəkmi?
İddialara görə, Fatih Terim Çexiya matçından sonra istefaya göndəriləcək. Artıq federasiyanın Aykut Kocaman başda olmaqla bir çox mütəxəssislərin namizədliyini nəzərdən keçirdiyi deyilir. Bütün bunlar isə Türkiyə millisində vacib matç öncəsi vəziyyəti daha da gərginləşdirir.
Fanat.az