Avropa çempionatına Xorvatiya və İspaniya məğlubiyyəti ilə başlayan Türkiyə millisi ilə bağlı müzakirələr davam edir. Xüsusən baş məşqçi Fatih Terim və kapitan Arda Turan tənqid olunur.
Fanat.az xəbər verir ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş məşqçi və kapitanı sosial mediada tənqid edənlərə sərt şəkildə etiraz edib.
"Avropa çempionatı zamanı komandamızın kapitanına qarşı səsləndirilən şüarları heç bir şəkildə qəbul etmirəm. Utanırsınızmı? İspanlar alqışlayarkən, siz yuhlayırsınız. Uğurlu bir baş məşqçinin qızına sosial mediada edilənləri bir ata olaraq əsla qəbul etmirəm. Belə bir şey olmaz. İdmanda qələbələr və məğlubiyyətlər ard-arda gələ bilər".
Ölkəmizdə öz ölkəsinə, öz millətinə düşmənçilik içində olan və özlərinə sənətçi deyən, aydın deyən bir kəsimin olduğunu üzüntü ilə görürük. Hətta bu bölüm sənət və idman camiəsinin önəmli bir hissəsini təzyiq altında saxlayır. Bunların gözünü bir nifərt hissi bürüyüb ki, milli və yerli duruş sahibi sənətçilərimizi sırf bu şərəfli duruşlarına görə linc etmək istəyirlər. Terrorçulara dəstək verərkən çox cəsarətli və istəkli olan kəsim məsələ millətin və ölkənin birliyi-bərabərliyi, qardaşlığı olduqda şüarlara və yalanlara əl atırlar. Bu mövqeyin sənətlə, sənətkarlıqla əlaqəsi yoxdu".
Fanat.az