"Neftçi" Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Balzan" klubu ilə qarşılaşacaq. İlkin versiyaya görə, "Neftçi" iyunun 30-da ilk oyununu "Bakcell Arena"da, cavab qarşılaşmasını isə iyulun 7-də Maltada keçirməli idi.
Fanat.az xəbər verir ki, "Neftçi" ilk oyununu səfərdə keçirməli olacaq. Dəyişikliyə səbəb 3 Azərbaycan klubunun ("Neftçi", "Qəbələ", "Kəpəz") ilk matçını evdə, 3 Malta klubunun ("Balzan", "Birkirkara", "Hibernians") isə səfərdə oynaması olub.
UEFA isə "Neftçi" - "Balzan" oyununun məkanlarında dəyişiklik etməyi münasib sayıb. Beləliklə, "Balzan"la oyun ilk olaraq Maltada baş tutacaq.
Qeyd edək ki, bu cütün qalibi "Şkendiya" (Makedoniya) - "Krakoviya" (Polşa) cütünün qalibi ilə növbəti mərhələdə qarşılaşacaq.
Fanat.az