Məşhur məşqçi Luis Van Qaal 2014-cü il Dünya Kubokundan sonra Hollandiya millisindən gedəcəyini açıqlayıb.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, hollandiyalı məşqçi Van Qaal təşkil etdiyi mətbuat konfransında "Dünya Kubokundan sonra təqaüdçü olmağı düşünürəm. Amma bu qəti qərar deyil. Əgər bir Premyer Liqa klubu qapımı döyəcək olsa bunu qiymətləndirərəm", dedi.
İdman24.az